Qadin.NET / Yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.  

Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.

Rober Uden metodu

Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri

Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc  yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi.  Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.

London cibgirləri metodu

Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud

19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin  timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları “tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.

Canni Rodari metodu

Məşqlər üçün yer: təxəyyül

Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,  mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq.

 Ayvazovski metodu

Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə

Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın.  Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda  saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın. 

Yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

İtalyan oğlanları metodu

Məşq üçün məkan: növbələr

Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən “Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq «РњРѕrrР°!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. «Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir.

Siseron metodu

Məşq üçün məkan: şəxsi otağın

Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu.

Yoqa metodu

Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur

Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını  dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz.

30 avqust 2016
GO BACK