İnsanlar arasındakı ən uzaq məsafə, o insanlar arasındakı ünsiyyət çatışmazlığından irəli gəlir. Ünsiyyətdə olan anlaşmazlıqlar nəticəsində çox zaman mübahisələr qaçınılmaz olur.
Qarşıdakının fikrini səhv başa düşmək, böyük mübahisələr, hətta şiddət istifadə olunan davalara qədər bir çox problemlərin kökündə yatan ən boyük təsiredicidir ünsiyyət çatışmazlığı. Bəs ünsiyyətin yüksək səviyyədə olması üçün nələr etməliyik?
1. Qarşınızdakı insanla empati qurun. Bu, normal ünsiyyətdə istifadə olunan ən vacib texnikalardan biridir. Qarşınızdakının yerində siz olsaydınız görəsən nə edərdiniz? Bu cür düşünərək onu anlaya bilərsiniz. Ona qarşı olan münasibəti tamamilə sizə göstərsəydilər özünüzü necə hiss edərdiniz?
2. Səhv başa düşülə bilən sözləri istifadə etməkdən qaçınınn. Söylədiyiniz hər bir sözün yayından çıxan bir ox olduğunu unutmayın. Yayını tətk edən ox geri qayıda bilməyəcəyi kimi ağizdan çıxan sözü də geri götürmək çox çətindir. Danışan zaman 2 dəfə düşünüb bir dəfə danışmaq lazımdır.
3. Jest və mimikalardan istifadə etməyi unutmayın. Yerində və düzgün zamanda istifadə olunan bədən dili, qarşı tərəfə sözlərinizdən daha çox təsir göstərə bilər. Ümumiyyətlə, bədən dilinin danışıqlara 55% təsir göstərdiyi hesab olunur.
4. Diqqətlə dinlədiyinizi duruşunuzla və duyğularınızla bəlli edin. Qarşılıqlı münasibətlərdə yol verilən ən böyük səhvlərdən biri özünü dinləyirmiş kimi göstərməkdir. Bu yanlışa görə insanlar arasındakı ünsiyyət bağı möhkəm zərər görür. Çünki qarşı tərəfin sizə olan güvəni azalır, bu isə heç də yaxşı bir hal hesab olunmur. Dinləyən zaman müsahibinizin gözlərinə baxın və onu dinlədiyinizi
hərəkətlərinizlə hiss etdirin.
Gözəl ünsiyyət üçün əsas məqamları bu şəkildə ümumiləşdirə bilərik. Təbii ki, ünsiyyətdəki keyfiyyət yalnız bu dörd nöqtədən ibarət deyil. Amma bu da unudulmamalıdır ki, əgər bu dörd nöqtəyə diqqət etsəniz ünsiyyətdə olduğunuz insanlarla münasibətlərinizin daha da yaxşılaşdığını hiss edəcəksiniz. Ona görə də ən azından bu dörd nöqtə ilə başlaya bilərsiniz. Hər kəsə keyfiyyətli ünsiyyət dolu gözəl günlər arzu edirəm.
Ceyran Həsənli
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu