Say hissini inkişaf etdirmək
Say hissi insan beyninin elə bir bacarığıdır ki, hər hansı bir vasitə ilə hesablama aparmadan elementlərin sayını vizual olaraq müəyyən edir.
Gündəlik həyatda sən belə bir bacarığı məşq etdirə bilərsən. Məsələn, cibindəki qəpikləri çıxar at ortaya və onların nə qədər məbləğ olduğunu ilkin baxışla vizual olaraq hesabla. Yaxud axşam çağı bir binanın qarşısından keçərkən, təxmin et ki, binanın nə qədər işıq yanan pəncərəsi vardır.Çox maraqlıdır ki, bu üsulla beyin fövqəladə bacarıqlarını inkişaf etdirir.
Yuxunun insan orqanizminə etdiyi təsir axıra qədər tədqiq olunmayıbdır. Ancaq tam şəkildə yatmadıqda dərk etmə aktivliyinin aşağıya düşməsi qəti faktdır.Yatarkən insan beyni gün ərzində qəbul edilən informasiyanı mənimsəyir və üzərində işləyir. Buna görə də yeni vərdişlər əldə edilərkən, yaxud imtahanlara hazırlaşarkən səmərəli hərəkət yatmaq ilə yanaşı ard-arda öyrənməkdir. Yəni insan öyrənir, normal yuxusunu alarkən isə bu informasiya onun beynində işlənərək öz yerini tutur. Buna görə də adam imkan verməməlidir ki, bunların arasında hansısa bir mənasız və yersiz informasiyalar daxil olsun.
F.A