Qadin.NET / Beyini inkişaf etdirmək və daha düşüncəli olmaq üçün yollar (1)

Beyini inkişaf etdirmək və daha düşüncəli olmaq üçün yollar (1)

Beyini inkişaf etdirmək və daha düşüncəli olmaq üçün yollar (1)

Beyinin neyron tellərini daim inkişaf etdirmək insanın ağılla bağlı fəaliyyətinin müntəzəm və uzunmüddətli işləmək bacarığını təmin etməyə səbəb olur.

Məsələn, adət etdiyiniz işləri adət etmədiyiniz şəkildə icra etməyə çalışın. Tutaq ki, siz sağ əllə işləməyə adət etmisiz. Bundan sonra əksər işləri sol əllə etməyə çalışın. Məsələn, sol əllə yazın, telefonda mesajlarınızı yazarkən, "mışka"dan istifadə edərkən, qapının cəftəsini açarkən və s. hallarda sol əlinizdən istifadə edin.

Beyini inkişaf etdirmək və daha düşüncəli olmaq üçün yollar (1)

Fərqli yolla qiraət et

Mütaliə edərkən oxu bacarığını sürətləndir. Bunun üçün belə edə bilərsən, əlinə bir qələm al, oxuyarkən qələmin ucunu sətirin altına qoy və irəli çək, bununla yanaşı həm də oxu. Bir az keçdikdən sonra sürəti artır, ancaq gözünü çəkmə. Bir az keçdikdən sonra göz bu "yükləmə"yə öyrəşəcəkdir. Bununla siz daha çox informasiya almış olacaqsız, həm də beyniniz qidalanacaqdır, yəni gərəkən məşğələni əldə edəcəkdir.

Əgər maraqlı bir şey oxuyursansa, oxumamışdan öncə bəzi məşğələlər et. Məsələn, əvvəlcə düşün ki, görəsən müəllif nə yazıb?! Neyrofizioloqların sözünə inansaq, sizin beyniniz dərhal müqayisə etməyə çalışacaqdır. Yəni hər oxuduğunuzu təxmin etdiyiniz informasiya ilə müqayisə edəcəkdir. Bununla da beyniniz daha güclü iş rejimi ilə işləyəcəkdir. 

Beyini inkişaf etdirmək və daha düşüncəli olmaq üçün yollar (1)

Beynin qidalanması

İnsan beyni düzgün qidalanmağa ehtiyaclı ən çox enerji sərf edən və daha çox qidalanan bədən üzvüdür.

Tamdənli çörək növündən, yulaf, düyü, qarabaşaq sıyıqlarından, meyvə və tərəvəzdən istifadə etmək beyinə enerji verir və onun "toxluq" hissini bir müddət artıq saxlayırlar. Qoz yemək lesitin əmələ gətirir ki, bu da insanın qəbul etmə və yaddaşı aktivləşdirən funksiyasına müsbət təsir göstərir. Balıq yod və sair şeylərlə zəngindir. Deməli, reaksiyanın sürətli olmasına, qandakı xolesterinin aşağı düşməsinə, enerji axınını verməyə yardımçı ola bilər.İspanaq isə beyin hüceyrələrini lyuteinlə təmin edə bilər. Bununla da onları zamanından əvvəl qocalmaqdan saxlayacaqdır.

Ardı var...

18 iyul 2016
GO BACK