Qadin.NET / Mən bu dünyanın bir parçası ola bilmərəm - Kianu Rivz

Mən bu dünyanın bir parçası ola bilmərəm - Kianu Rivz

Mən bu dünyanın bir parçası ola bilmərəm - Kianu Rivz

Mən bu dünyanın bir parçası ola bilmərəm:
- O dünya ki, orada kişilər öz həyat yoldaşlarını bir pozğun kimi geyindirib məhrəm olması gərəkən hər bir şeyi nümayiş etdirirlər. 
- Hansı ki, orada şərəf və ləyaqət anlamı yoxdur və camaatın sözünə yalnız "söz verirəm" dediklərindən sonra bel bağlamaq olar. 
- Hansı ki, orada qadınlar uşaq, kişilər isə ailə qurmaq istəmir. 
- O yerdə ki, uşaq-muşaqlar ata maşınında əyləşərək özlərini uğur qazanmış biri hesab edirlər. Bir balaca qüdrəti olan kəs isə sənin əhəmiyyətsiz biri olduğunu sübut etməyə çalışır.
- O yerdə ki, riyakarlıqla Allaha inandıqlarını deyirlər, ancaq əllərində şərab qədəhi tutublar. Həm də dinləri barədə azacıq belə, məlumatları yoxdur.
- O yerdə ki, qısqanclıq anlamı utancaqlıq, ciddilik isə çatışmazlıq hesab olunur.
- O yerdə ki, camaat sevgini unudublar, sadəcə partnyor olmaq üçün daha uyğun variant axtarırlar. 
- O yerdə ki, camaat öz maşınlarının hər bir xışıltısını aradan qaldırmaq istəyir, özü də nə pula, nə də zamana heyfləri gəlmir, ancaq özləri o qədər miskin görünürlər ki, bunu yalnız bahalı bir maşın ört-bastır edə bilər.
- O yerdə ki, gənc oğlanlar valideynlərinin pullarını gecə klublarında sağa-sola xərcləyirlər, primitiv səslər altında əzilib-büzülürlər. Qızlar isə bu cəhətlərinə görə onlara vurulurlar. 
- O yedə ki, kişi və qadın daha bir-birlərindən fərqlənmirlər. O yerdə ki, hamılıqla bunu seçim azadlığı adlandırırlar. Ancaq başqa bir yol seçənləri geridəqalmış despotlarla pərçimləyirlər. 
Mən, sadəcə bacara bilmirəm. Mən öz yolumu seçirəm.
Kianu Rivz

Tərcümə: F.A.

23 iyun 2016
GO BACK