Qadin.NET / Fərqindəlik

Fərqindəlik

Fərqindəlik

Bir gün susmağı öyrəndim. Elə bir susdum ki, sanki sonsuza qədər... susacaqdım.

Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi. 

Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi. Yemək hazırlanınca anam çağırar, bu dəfə masada bir araya gəlirdik atamla. Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım. Atam əsəbiləşər, "Bütün gün insanlara baş partlatmaqdan böhrana düşdüm, birdə sən başmı ütüləmə!" deyərdi. Anam da "Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?" deyə danlayar, məni otağıma göndərərdi. Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim...
Atam arxamdan, "Bizim bir otağımız belə yox idi, hər şeyə sahib, hələ nə istəyir anlamadım." deyə qışqırmağa davam edərdi. ?"Kaş ki mənim də bir otağım olmasaydı, kaş ki bizim də evimiz bir otaqlı olsaydı da birlikdə otursaydıq" deyərdim içimdən...amma yüksək səslə söyləməyə cəsarət edə bilməzdim.Yeməkdən sonra atam divana uzanar? televiziya seyr edərdi. Məni yanına çağırar bir az sevərdi. Onun izləyəcəyi əhəmiyyətli bir şey varsa məni sanki yerimdən belə tərpətməzdi. Azca hərəkət edib qaçıb oynamağa çalışsam otaq həbsim yenidən başlar idi..
Bir gün anladım ki susunca atamla daha yaxşı razılaşırıq. Bu dəfə susaraq edə biləcəyim oyunlar inkişaf etdirməyə başladım. Əvvəl şəkil çəkərək başladım işə.Atam çəkdiyim şəkilləri çox bəyənir; "Bax, belə dinc dinc oyna!" deyirdi. Atam bəzən göz ucuyla baxır, şəkillə əlaqədar bir şey soruşsam danlayardı. Amma mənə qızaraq məni artıq otağıma göndərmirdi. "Son günlərdə necədə də ağıllandı mənim oğulum.' deyə qonşulara danışırdı anam halımı...

 

Fərqindəlik

 

Şəkillərim artdıqca ortalıq dağılmağa başladı. Anam "Otağını topla!" diyə otağıma bağladığında işə haradan başlayacağımı bilməyirdim. Mən bunlarla məşğul olarkən zaman keçir; amma otaqmı yığışdırmağı bacara bilmirdim. Anam otağıma gəlib "Bax sənə şəkil çəkməyi qadağan edəcəyəm!" dedi bir gün.Susur olmamı dinclik olaraq qiymətləndirən ailəm şəkil çəkməyi də əlimdən alsa mən nə edəcəkdim?Bu düşüncələrlə bir ailə cədvəli çəkdim. Atam evə gəlincə uyğun zamanı gözlədim.
Hər zamanki kimi yeməklər yeyildi, otağa keçildi. Atam oturar oturmaz çəkdiyim rəsmi gətirdim.
Atam baxdı. Hmm, dedi "Çox gözəl olmuş. Bu adam mənim hərhalda!"dedi .Mən "Xeyr o adam deyil, bu uşaq sənsən!" dedim. O "Xeyr, bu adam mənim, bu uşaq sənsən, bu kiçik qız dostundur! dedi.
Mən yenə "Xeyr, o böyük adam mənim, bu kiçik adam sənsən, bu kiçik
qız da anam!" dedim.
Atam mənimlə məşğul olmaqdan imtina edib: 'Yaxşı bəs niyə bizi kiçik çəkdin?'
dedi.Həyəcanla başladım izah etməyə...
Mən böyüyüb adam olacağam. İş tapıb çalışacağam. Siz yaşlanıb kiçiləcəksiniz. Beliniz büküləcək, qonşumuz Elgün əmi ilə Leyla xala kimi kiçik qalacaqsınız. Mən işdən gəldiyimdə yorğun olacağam. Siz mənimlə danışmağa çalışdığınızda işyerində başım şişmiş olacağından sizi eşitməyəcəyəm belə. Siz mənimlə bir şeylər paylaşmaq istədiyinizdə '"İndi otağınıza çəkilin də baş dinləyim!" deyəcəyəm. Və bir də qışqıracağam "Hər şeylərini alıram. İsti otaqları da var, daha nə istəyirlər" deyə...
Anamla atamın gözləri fal daşı kimi açılmışdı.Eşitdiklərinə inana bilmirdilər .Mənə sarılıb məni elə içdən bir qucaqlamaları vardı ki sonsuza qədər danışsam heç bezmədən dinləyəcəklər kimi idi...
Fərqində Olmalıdır insan..Özünün, Həyatın Hadisələrin, Gedişatın Fərqində Olmalıdır...
Ömür Dediyin Üç Gündür, Dünən Gəldi Keçdi, Sabah Məchuldur...
O Halda Ömür Dediyin Bir Gündür, O Da Bu gündür!

12 iyun 2016
GO BACK