Qadin.NET / Özünənəzarət məşqləri

Özünənəzarət məşqləri

Özünənəzarət məşqləri

Başqalarının həyatını kənardan seyr edib münasibət bildiririk. Onların görmədiklərini görüb belə cümlələr qururuq;

Əslində onun belə etməyi lazımdır, amma hələ fərqinə varmır,

 Bunu bir başa düşsə, hər şey dəyişəcək, amma başa düşmür ki,

O, nə etdiyinin, hansı vəziyyətdə olduğunun mahiyyətinə varmır.. və s.

Kənardan bir göz olaraq görüb deyirik bunları. O şəxsin içində olduğu vəziyyətdən xəbərimiz olmadığı üçün və kənardan daha geniş pəncərədən baxdığımız üçün məsələyə daha obyektiv yanaşa bilərik. Təbii ki, bu hər zaman kənardan baxanın gördüklərinin daha doğru olduğunu sübut etmir. Çünki kənardan nəzarət edən insan içəridə nələr yaşandığını tam olaraq dərk etməsi mümkün deyil. O sadəcə bir kənar baxışdır və münasibəti öz qavramasına görə qəbul edir.

Öz həyatımızı da bir anlıq kənardan seyr edə bilərik.   

Hər kəsin zehin gücündən istifadə edərək öz həyatını kənardan bir film kimi seyr etmək bacarığı var. Vəziyyətin içindəykən, zaman çərçivəzində özümüzlə əlaqəli bir çox şeyi gözdən qaçırırıq. Hətta bəzən, “Baxan kor” oluruq. Sonra da başqalarının münasibətinə ya hirslənirik, ya da inanırıq. Bu gün bir beş dəqiqə vaxt ayırıb öz filminizi seyr etmək məşqlərini yoxlaya bilərsiniz.

Səssiz bir guşəyə çəkilin və gözlərinizi yumun. Indi içində olduğunuz vəziyyəti ümumi olaraq yaşayın. Içinizdə hiss edin. (Çox işləyirsiz, ora-bura qaçırsız, boşanmış, əzab çəkir və yaxud da nifrət edirsiniz; vəziyyətiniz həy nəysə içinə girib zehni cəhətdən eyni həssaslıqla o anı yaşayın. Sanki bu an baş verirmiş kimi yaşayın)

Özünənəzarət məşqləri

 

Indi fiziki cəhətdən olduğunuz nöqtədən bir addım geri çəkilin. (Yer dəyişdirin) və eyni hadisəyə başqa biri imiş kimi, bir film seyr edirmiş kimi baxın. Tamamilə kənardan görən bir göz olaraq baxın və bu suallara cavab verin:

Nəyi fərqli gördünüz? Qarşıdan necə görünürsünüz? Nəyə ehtiyac duyursunuz? Hansı nöqtədə durursunuz? Sizcə başqalarına necə görünürsünüz? Belə bir filmdə olmaq istərdinizmi?

Bəli, bu suallara cavab verərək vəziyyətiniz haqqında ən yaxşı fikri yürüdə bilərsiniz və özünüzə ən yaxşı məsləhəti vermiş olarsınız. Unutmayın ki, ehtiyacınız olan ən doğru cavablar özünüzdə gizlənib. Ən əsası özünüzü kənardan görə bilməkdir.  

P.S. məqaləni tərcümə edərkən özüm təcrübədən keçirtdim, maraqlı alındı, sizə də məsləhət görürəm.

18 may 2016
GO BACK