"Foma sindiromu” narkotika aludəliyi qədər təhlükəlidir.
Gündəlik həyatımızın əvəzolunmaz bir parçasına çevrilən sosial media insanlarda fərqli problemlərə səbəb olur. Texnologiyaya hiss edilən aludəçilik “fomo” adında bir fobiyanı meydana çıxardı. Sosial medianın insanlarda yaratdığı aludəlik, zaman içində gündəmdəki dəyişiklikləri təqib etməmə qorxusuna çevrilir. Reem nevropsixatrı mərkəzindən nevroloq Dr. Mehmet Yavuz mövzu il bağlı fikirlərini bölüşdü. Gündəmi qaçırıram qorxusuna diqqət! Sosial media və ağıllı telefonlar günlük həyatımızın vaz keçilməz halına gəldi.İnsanlar artıq bir çox şeyi gerçəkdə deyil, virtual mühitdə yaşamağı seçirlər. Ancaq bununla əlaqəli növbənöv xəstəliklər meydana çıxır.
Bir çox insanın yuxusuz qalmasına, mütəmadi olaraq sosial media hesablarını yoxlamasına səbəb olan bu fobiya qayğı pozuqluğuna səbəb olur. Fomo xəstəliyində şəxs internet və sosial mediada çox artıq zaman sərf edir, virtual aləmlə əlaqəsi kəsildiyində özlərini narahat hiss edərlər, paylaşdıqları bir foto və ya bir şərh kifayət qədər bəyənilmədiyində ruhi çöküş yaşaya bilərlər. Günlük həyatınıza da sosial media hesablarınızı, yenilikləri qaçırıram qorxusuyla daim təqib etmə ehtiyacı hiss edirsinizsə və xüsusilə sosial medianı iş saatlarından oğurlayaraq istifadə edirsinizsə böyük ehtimalla fomo sindiromuna tutulmuş ola bilərsiniz. Fomo sindiromundan xilas olmaq üçün nələr edilməli;
Sosial şəbəkələrdə keçirilən vaxt iş həyatınızı, yoldaşınız və ya uşaqlarınızla olan münasibətinizi hətta ruhi sağlamlığınızı mənfi istiqamətdə təsir etməyə başladısa qarşısı alınmalıdır. Əslində bu narahatlıqdan xilas olmaq insanın öz əlindədir. Şəxs əvvəlcə bunun virtual bir mühit olduğunun fərqinə varmalıdır. Sosial şəbəkələr olmadan özünü əskik hiss edənlər ilk olaraq internet ya da sosial mediada keçirdiyi zamanı bəlli bir vaxtda tutmalı və bu müddəti keçməməyə diqqət etməlidir. Lazım olsa ətrafınızdakı insalardan bunun üçün kömək istəyə bilərsiniz, bunun faydası olacaqdır. Şəxs ətrafındakılarla ünsiyyət qurmağa səy göstərərək gerçək həyatdakı sosial fəaliyyətlərini artırmalıdır. Bir dostu ilə görüşmək, xobbilərə yiyələnmək, kinoya ya da teatra getmək, gəzintiyə çıxmaq fomo sindiromundan xilas olmaq üçün doğru addım olacaqdır. Xəstə bütün bu səylərə rəğmən hələ də, bu aludəçilikdən xilas ola bilmirsə bir mütəxəssisdən dəstək almalıdır.