Qadin.NET / Bu həyatda öz yerimi necə tutum? (12)

Bu həyatda öz yerimi necə tutum? (12)

 

Bu həyatda öz yerimi necə tutum? (12)

 

20. Hədəfə yetişmək üçün vasitələrdən biri hədəf planıdır. Bu haqda əvvəllər də söz açmışıq. Sadə bir misal çəkək. Bu misal məşhurdur. Siz böyük marketlərin birinə alış-veriş etmək üçün gedirsiniz. Burada bir neçə hal vardır:

a) Evə almağa nəsə lazımdır. Lakin siz bunu beyninizə yazmısınız. Evə gəlib çatanda yadınıza düşür ki, sən demə hər şey almısız, ancaq çörək almamısız.

b) Siz, ümumiyyətlə kor-koranə şəkildə dükana getmisiniz. Marketin içində azıb qalırsınız. Bİlmirsiniz nə alasız. Hər şeyə baxırsız, iştaha düşürsüz, ya pulunuz çatmır, ya bilmirsiz alsanız bu şey sizə faydalı olacaq, ya yox. Nəticədə ya heç nə almırsız, ya da çoxlu sayda lazımsız şey alırsız.

c) Siz evdə sizə lazım olacaq şeyləri siyahıya alırsız. Məsələn: çörək, pesok, qənd, çay və s. Marketə gələndə, daha gedib balıq almayacaqsız. Sizə lazım olan şeyləri gedib götürüb gələcəksiz. Vaxtınız az gedəcək, pulunuz havaya uçmayacaq, əlavə fikirlərə düşməyəcəksiniz.Nəticəni özünüz görün.21. Bəzi insanlar vardır ki, biz onların istəklərinə çatdığını görürük. Onlar daha çox ünsiyyətçildirlər. Bir adamla tanış olduqdan dərhal sonra həmin adamdan yararlanmağa çalışırlar. Biz belə adamları sırtıq, həyasız adlandırırıq. Niyə? Hədəflərinə çatdıqlarına görə? Yoxsa?!Bəzi oğlanlar vardır ki, qız ondan qaçır. Lakin bu oğlan həmin qızı hədəfi edir.

 

Bu həyatda öz yerimi necə tutum? (12)

 

Aylarla əziyyət çəkir, qız ona rədd cavabı verir, lakin oğlan israr edir. Qapıdan qovur, pəncərədən gəlir. Axırda bir şans qazanır. Bəzi oğlanlar kənddən gələn bir oğlanın cəsarətini çox vaxt müzakirə edirlər. Çünki marşrutda həyasız kimi götürüb qıza nömrəsini verir. Nəticə? Həmin qız günlərin bir günü o oğlana zəng vurur. Deyə bilərsiz ki, bu cür sırtıq insanları (yəni camaat onları sırtıq sayır. Onlar özlərini belə saymırlar. Camaatın onları sırtıq saymasının səbəblərindən biri də budur ki, onların edə bilmədiyini bu insanlar həyasızlıqla edirlər) niyə misal çəkdim?Misal çəkirəm ki, bəzi insanlar qürurları səbəbindən sevgilərini belə etiraf edə bilmirlər. Sonra gözləri görə görə istədikləri adamı gözlərinin qabağındaca aparırlar. Bundan sonra həmin adam öz uğursuzluğunu onun-bunun boynuna atır.Görürsünüzmü, bəzən insanlarımız adi nəfsi istəklərin, mənasız dünya oyun oyuncaqlarına görə bir bu qədər "sırtıqlıq" edirlər. Bəs biz öz istəklərimizə nail olmaq üçün nə edirik?! Qıraqdan durub müşahidə edirikmi?

13 may 2016
GO BACK