11. Ünsiyyət saxlamaq bacarığı və camaata qarşılı təsir buraxmağın ən qısa kursu:
"Mən səhv elədim, boynuma alıram".
"Sən çox əla iş gördün".
"Həmişə yardım əlimi uzatmağa məmnunam".
"Bəs sən necə düşünürsən?"
"Biz" sözünü çox, "Mən" sözünü az işlətmək.
12. Emosional ağrı-acı cəmi 12 dəqiqə davam edir. Yerdə qalan isə özünətəlqindir.
Yəni əgər siz emosionallıq baxımından hansısa bir şeyə təsirlənmisinizsə bu sizdə günlərcə davam edə bilməz. 12 dəqiqə davam edəcəkdir. Bundan sonra nə qədər tör-töküntü varsa, özümüz ixtiyari şəkildə içimizdə saxlayırıq.
13. Buddadan 14 dərs
в–«1. İnsanın həyatında ən böyük düşmən - onun özüdür.
в–«2. İnsanın həyatında ən böyük axmaqlıq - yalan danışmaqdır.
в–«3. İnsanın həyatında ən böyük məğlubiyyət - dikbaşlıqdır.
в–«4. İnsanın həyatında ən böyük kədər - paxıllıqdır.
в–«5. İnsanın həyatında ən böyük səhv - özünü itirməkdir.
в–«6. İnsanın həyatında ən böyük təqsir - naşükürlükdür.
в–«7. İnsanın həyatında ən ləyaqətli təəssüflənmə - öz ləyaqətini kiçiltməkdir.
в–«8. İnsanın həyatından ən ləyaqətli heyranlıq - düşdükdən sonra qalxmaqdır.
в–«9. İnsanın həyatında ən böyük itki - ümid itkisidir.
в–«10. İnsanın həyatında ən böyük var-dövlət - sağlamlıq və ağıldır.
в–«11. İnsanın həyatında ən böyük vəzifə - səmimi hislərdir.
в–«12. İnsanın həyatında ən böyük hədiyyə - comərdlikdir.
в–«13. İnsanın həyatında ən böyük çatışmazlıq - başa düşməməkdir.
в–«14. İnsanın həyatında ən böyük aramlıq - yaxşı işlər görməkdir.
Qeyd: Buddanın dediklərini İslam təlimləri süzgəcindən keçirtdikdə onlarla razılaşmaq olur. Haşiyələrə çıxmaq istəməzdim. Sonuncu barədə Quran deyir ki, ən böyük aramlıq Allahı yada salmaqdır. Həqiqətən də, yaxşı işlər görməklə insan aram ola bilər. Lakin bunların arxasında Allah olmadıqca insan əməllərinin puça getdiyini, dəyərinin olmamasını güman edərək nəticədə depressiyaya düşəcəkdir. Əgər bütün bu 14 faktoru insan özünə vəsilə seçsə, etdiklərində xalis olsa və bütün bunları şəxsi eqosu və ya cəmiyyət üçün deyil, yalnız BİR hədəfə çatmaq üçün etsə, gözlənilməz nəticələr əldə edəcəkdir.