Qadin.NET / Bu həyatda öz yerimi necə tutum? (6)

Bu həyatda öz yerimi necə tutum? (6)

 

Bu həyatda öz yerimi necə tutum? (6)

 

9. İnsan arzuladığı şeylərin kökünü qazmalıdır. Bundan əvvəlki bölmələrdən birində bu haqda yazmışdım. Yəni insan sevdiyi işlə məşğul olmalıdır. Ya sevdiyini əldə edəcəksən, ya da əldə etdiyini sevməli olacaqsan. Azərbaycan cəmiyyətində əldə etdiyini sevmək məcburiyyəti geniş yayılmışdır.

 

Bu həyatda öz yerimi necə tutum? (6)

 

 

Sevdiyin işi tapmağın yollarından biri düzgün sualı özünə verməkdir. Keçən dəfə dedik ki, insan sevdiyi işi tapmaq üçün daha çox informasiyaya sahib olmalıdır. Əvvəla, özünü tanımalı, öz potensialını kəşf etməli, sonra isə özünə uyğun peşələri tapmalıdır. Daha sonra isə sair mərhələlər gəlir. Bu haqda zamanla danışarıq.

 

Bu həyatda öz yerimi necə tutum? (6)

 

 

Özünə düzgün sual vermək nədir? Əvvəlcə, özümüzə sual verək ki, nə istəyirik? Hələ bir buna cavab tapaq. Nə olmaq istəyirsən? Varlı və imkanlı birisi. Nə üçün varlı olmaq istəyirsən? Kalan pulum olsun, istədiyimi edim. İstədiyin nədir? Evim olsun, maşınım olsun, məşhur olum və s. Bunları niyə istəyirsən, olsa nə edəcəksən? Yaxşı yaşayacağam. Yaxşı yaşayışı niyə istəyirsən? Xoşbəxt olmaq üçün. Və ya kim olmaq istəyirsən? Həkim. Niyə həkim olmaq istəyirsən? İnsanları sağaltmaq üçün. İnsanları sağaltmaq nəyinə lazımdır? Bununla özümü xoşbəxt hiss edəcəyəm. Deməli, istəyin sonu XOŞBƏXTLİKlə nəticələnəcəksə o işin dalınca getmək lazımdır. Əgər sizin arzunuzla xoşbəxtlik arasında bir çox suallar yaranırsa, daha az sual olanı seçin. Sual nə qədər çoxdursa, burada nəfsi-istəklər öz işini görür. Nəfsi-istəklərin mənbəyi həvəsdir. Həvəs isə gəldi-keçərdir və sizi yarıda qoyacaqdır. Hədəf XOŞBƏXTLİK olduqda insan buna tərəf can atacaqdır. Hər maneəyə dözəcəkdir. Aşırımları keçəcəkdir və gec-tez xoşbəxtliyə çatacaqdır. İndi sual çıxır. Xoşbəxtlik nədir?

9 mart 2016
GO BACK