5. Bizi uğurdan məhrum edən səbəblərdən biri özümüzü başqaları ilə müqayisə etməkdir. Bilirsinizmi ki, bu xüsusiyyət insanı nə qədər dala atır?
Bəzən əməllərimizə bəraət qazandırmaq üçün özümüzü başqası ilə müqayisə edirik. Məsələn: Mənə desələr ki, a kişi, küçəyə niyə zibil atırsan? Deyəcəm ki, Qulamhüseyn də atır da. Yəni etdiyim işi boynumdan qaçırmaq üçün əməlimi müqayisə edəcəyəm.
İkinci müqayisə isə çatışmazlıq yaradır. Məsələn, biri fezbukda baxıb görür ki, filankəsin statusu 10 layk yığır, özü bir status yazanda 2 layk yımır. Dilxor olur, əsəbləri daralır, hamını ittiham edir, gah deyir dostluqdan siləcəm, gah deyir profilmi bağlayacam və s. Bu hələ virtuall tərəfidir. İki dost məclisə gedir, birinə digərindən çox hörmət edildikdə pisinə gedir.
Bəzən insanın halının dəyişməsi ətraf mühitdən asılıdır, bəzən fərd öz halını özü dəyişməlidir, bəzən isə öz halını dəyişməkdə acizdir. Çünki qəfil halı dəyişir. Sanki səbəbsiz yerə qəlbinə kədər hopur. Əgər qəlbinə kədər çökürsə, bundan gileylənməməlidir. Qəlbə öz-özündən çökən kədər hikmətdir. Başqalarından aldığın kədər də müsbətdir. Lakin başqalarının süni narazılıqlarından alınan mənfi aura fəlakətdir. Necə də yaxşı deyiblər: İnsan, bəzən fərəhlənməyə bir şey tapmadıqda öz bədbəxtlikləri ilə öyünür. Odur ki, ətraf və çevrəmizdə müsbət auralı insanları cəlb etməliyik. Cəlb edə bilmiriksə, özümüz onlara qoşulmalıyıq.