Qadin.NET / Bu həyatda öz yerimi necə tutum?(3)

Bu həyatda öz yerimi necə tutum?(3)

Bu həyatda öz yerimi necə tutum?(3)

3. Uğur qazanmaq üçün bəzən biz acığımız gələn insanlara yaxın durmalıyıq. Ətrafımızda bizə uyğun olan dostlar da olsa? Bəli. Niyə? Çünki bizim dostlarımız bizi yersiz tərifləyir, yersiz müdafiə edirlər. Haqsız da olsaq bizim tərəfimizdə durub bizim yolumuzda vuruşacaqlar. Hamı bunu arzulayır. Ancaq bu bizi tənəzzülə aparır.
Bizə düşmən lazımdır. Həmin düşmən bizim çatışmayan xüsusiyyətlətimizi görür. 
Siz Mirzəağanın (ad şərtidir) müsbət tərəfləri barədə düşünmüsünüzmü? Xeyr. Çünki görmürsüz, görmək istəmirsiz. Çünki ona qarşı düşmən mövqeyindəsiniz. Bax, sizə elə bu cür mövqedə duran insanlar lazımdır. Qorxursunuz, dözümünüz yoxdur. Daxildəki mənlik bütünü elə qorumusunuz ki, kim əleyhinizə bir söz desə şərhini silərsiz, onu blok edərsiz, dostluqdan çıxararsız, dostlarınızı bir yerə yığıb profilini bağlatdırarsınız. Axırda deyərsiniz ki, gördünüzmü necə ağzına qənd qoydum? Lakin bu sizi tənəzzülə aparacaq. Unutmayın ki, sizin də ağzınıza qənd qoyacaq insanlar vardır. Siz məhz onları tapmalısınız. Sizin üzünüzə kim olduğunuzu deyə bilən adamı. 

Deyə bilərsiniz ki, birdən həmin adam haqsız irad desə, mən ona qulaq asmalıyam? Əgər biri mənə desə ki, Fərid keçəldir - əgər mən keçələmsə, bu niyə məni narahat etməlidir? Əgər keçəl deyiləmsə, əksinə, məhəl qoymamalıyam. 
Bu barədə yenə də yazmaq olar.

4. Bəzən deyirlər ki, insan sevdiyi işlə məşğul olmadır. Bu, uğur qazanmağın ən gözəl yoludur. Nədir sevdiyiniz iş? İki maneə ilə qarşı-qarşıyasınız.

a) Bilmirsiniz ki,sevdiyiniz iş nədir. b) Sevdiyiniz iş olsa da, maddi sıxıntılar sizə sevdiyiniz işlə məşğul olmağa imkan vermir.

- Sevdiyiniz işin nə olduğunu bilmirsinizsə, bəyəndiyiniz hər şeyi yoxlamağa çalışın. Sizdən soruşsam ki, ən xoşladığınız yemək hansınır - bir yemək adı çəkəcəksiniz. Əgər o yeməyi dadmasaydınız, onun dadını biləcəkdinizmi? Ola bilər ki, hansısa bir işdən xoşunuz gəlir. Lakin onu icra edərkən motivasiyanız yoxdur. Bu işin bəyəndiyiniz, ya bəyənmədiyiniz iş olduğunu da bilmirsiniz. O zaman axtarışa davam etmək lazımdır. 

 Bu həyatda öz yerimi necə tutum?(3)

- Əgər maddiyyat sizi sıxırsa, əsla sevdiyiniz işdən dönməməlisiniz. Bİlirəm, əgər bir insanın rəssamlıq ruhunu oxşayırsa və o, məcburən bazarda pomidor satırsa, hər şeyini atıb rəssamlıqla məşğul ola bilməz. Çünki rəssamlıq ona pul qazandırmayacaqdır. O, sevdiyi işdən pul qazanması üçün əlavə olaraq baş sındırmalıdır. Heç olmasa boş vaxtlarında rəssamlığı atmasın. Öz işində "profi" olmağa çalışsın.

6 mart 2016
GO BACK