1. Uğur nədir? Tez-tez insan özünə bu sualı verir. Elə heeyyy deyirlər, uğur, uğur, uğur. Mən deyim sizə. Uğurun nə olması xalqa, irqə, mədəniyyətə, hətta fərdə görə dəyişir. Daim səfil, sərgərdan, ac həyat keçirənlə imkanlı və zəngin şəxsin uğur qavraması fərqlidir. Kasıb deyir ki, pul hər şeyi həll edir. Çünki onun pulu olmayıb və düşünür ki, pul ona xoşbəxtlik verə bilər. Bu gün bizim camaat uğuru belə görür: babat evin, maşının və işin olsun bəsdir. Hətta dindən də bu məqsədlə istifadə edən var. Mərsiyə məclislərinə baxın. Rovzəxan qışqırır ki, nə hacətin varsa istə. Elə bil şəhid olan kəs camaatın hacətini qəbul etmək üçün ölüb. İnanın ki, uğur və xoşbəxtlik bəzi maddi və fiziki sıxıntı kimi bilinməsə dünya tam başqa cür anlaşılar. Dinə, imama, peyğəmbərə hacət və istək bürosu kimi baxan sabah arzusuna görə bütə də sitayiş edər. Əlbəttə bunu Allah da bilir. Bilir ki, camaatın əksəriyyəti mal mülk sevdalısıdı. Sonra gülürük ki, Quranda cənnətdən meyvədən danışır. Məgər onun iştahında olan yoxdur? Var, var. Bu, insanın keçməli olduğu mərhələdir. Biz cənnət almasını keçə bilmirik. Çünki gözümüz acdır. Problemin həllini almada, pulda görürük. Camaata demək də olmaz ki, belə düşünmə. Axı o, bu mərhələni keçməlidir.
Ardını yazaram. Çox uzun olmasın.
2. Biz arzularımızı itirmişik. Qeyd edirlər ki, insan xəyal qurmaq bacarığını itirməməlidir. Ürəyinizdə arzularınızı saya bilərsinizmi? Az qism istisna olmaqla, xeyr. Dolaşıqdır arzular. Beyində kadrlar fırlanır, fırlanır - amma nəticə yoxdur. Nə arzun var soruşsam, əksəriyyətiniz hmm deyəcəkdir. Fikirləşəcəkdir. Çünki uşaqlıqdan da arzularımız məhdud olubdur. Zaman gəlir, arzular maddiyyat həddində olur. Nə arzulayırsan? Ev...iş...maşın...hamı məni tanısın... Elə bu?! Arzularımız yoxdur. Orta yaşa çatdıqdan sonra insan reallaşdıra bilməiyi şeyləri uşaqları üçün düşünür. Mən bir şey edə bilmədim, qoy balam etsin.
Biz özümüzdə xəyal qüvvəsini bərpa etməliyik. Biri deyə bilər ki, axı İslam xəyal qurmaqdan çəkindirir. Bəli,çəkindirir, yersiz xəyal qurmaqdan çəkindirir. Çünki insan xəyallarda ilişib qalır, sonra ayılır ki, sən demə hər şey xəyal imiş. Düşür depressiyaya. İslam deyir ki, xəyal - quraşdırılmamış konstruksiyadır. Sən beynində təsəvvür yaratmasan, onu icra edə bilməzsən. Sənə bu xəyal qüvvəsi reallaşdırmaq üçün verilib. Zehndə kinoya baxmaq üçün yox. Məgər bu gün gördüklərimiz illər öncə kimlərinsə xəyalı deyildimi?!