Qadin.NET / İş yerində müvəffəqiyyətli olmağın 8 yolu

İş yerində müvəffəqiyyətli olmağın 8 yolu

İş yerində müvəffəqiyyətli olmağın 8 yolu

Ciddilik yaxşıdır, amma “daş yerində ağırdır”, deyib, iş yerində qaş-qabaqlı durmağın da kimsənin kariyerasına köməkçi olduğu görülməmişdir. Psychology Today jurnalından iş yeri və kariyera mütəxəssisi Lynn Taylor hər mühitin bir az yumora ehtiyac duyduğunu, zəkasını satira ilə birləşdirənin kariyerasında daha sürətlə yüksəldiyini söyləyir. “Motivasiya danışmalarının bir məzəli xatirə ilə başlaması hədər deyildir”, deyən Taylor, iş yerində daha gözəl günlər üçün lazım olan yumoru 8 maddə ilə xülasə edir:

1-Mühiti test edin. Əlinizə keçən ilk fürsətdə kiçik bir zarafat edin. Kimsə diqqətə almazsa fikir etməyin, amma zarafata zarafatla qarşılıq verilsə, o mühitdəki beyin fırtınası da daha məhsuldar olar.

2- Güvən yaradın. Bir idarəçi üçün ən yaxşı güvən yaratmaq üsülü yumordur. Komandasını güldürən bir idarəçi, deməli açıq və dürüst bir iş mühiti yaradıb.

3- Alqışı paylaşın. Bəlkə çox ağıllısınız, bəlkə hər sözü yerinə oturdursunuz, amma ətrafı da lətifəyə boğmayın; imkan verin, başqaları da gülsün, güldürsün.

4- İşləri asanlaşdırın. Gərgin iclaslarda aranı yumuşaltmaq üçün anadılan lətifə kimisi yoxdur. Problemlər bu şəkildə daha rahat həll olunur.

5- İdarəçinizi idarə edin. Ən sərt idarəçilər belə yumorla gülümsəyə bilir. Cəsarət etmək çətindir, amma sınamağa dəyər.

6- Başqalarının xətrinə dəyməyin. Ətrafı şənləndirəcəm, deyə xəta etməyin. “ Bu söz xətrinə dəyərmi”? deyirsinizsə, deməli elədir.

7- Stressi azaldın. Ofisdəki o havalı halı tuta bilsəniz, iş həyatınız daha az stressli hala gələr. Hər kəs nəşəli iş yoldaşı istəyir.

8- İş görüşündə şansınızı artırın. Peşəkar hərəkət etmək məcburiyyətindəsiniz, amma bir az düşünmədən hərəkətlər də iş görüşündə masanın arxasında sizi nəzərdən keçirən müdirlərə xoş gələ bilər.

30 yanvar 2016
GO BACK