Qadin.NET / Heyvanlardan şəxsi inkişaf dərsləri

Heyvanlardan şəxsi inkişaf dərsləri

Heyvanlar aləmindən insanlara yol göstərəcək, nümunə olacaq bir çox şəxsi inkişaf hadisəsi yaşanır. Bu da bir neçəsi ...

Dişi aslan

Heyvanlar bir gün kim daha çox uşaq doğa bilər deyə mübahisəyə başlayarlar. Hamısı birlikdə dişi aslanın yanına gedib “ sən neçə uşaq doğura bilərsən” deyə soruşurlar. “Bir” deyə cavab verir. “Çox az “ deyir digərləri. “Fəqət mən aslan doğuraram” deyə cavab verir.

Heyvanlardan şəxsi inkişaf dərsləri

Xərçəng ilə anası

“Niyə belə yan-yana yeriyirsən balam” deyə ana xərçəng balasından soruşur. “Düzgün yerisənə” deyər. “Olar ana “ deyir bala xərçəng. “Sən önümdə düzgün yeri, mən səni təqib edərəm”.

Danışma növbəsini bilmək lazım aslanın biri, bir qoyunu yanına çağırır və nəfəsinin qoxub-qoxmadığını soruşur. Bəli, deyə cavablar qoyun, bəli nəfəsin qoxuyur. Aslan bu cavaba əsəbləşib həmin an qoyunu parçalayır. Daha sonra çaqqalı səsləyib yanına çağırır, ona da eyni sualı verir. Xeyr, deyər çaqqal qorxusundan. Ancaq aslan yaltaqlıq etdiyi üçün çaqqalı da parçalayır. Növbə tülküyə gəlir. Eyni sualı tülküyə də verir. Tülkü bu suala belə cavab verir: üzr istəyirəm soyuqlamışam burnum heç qoxu almır.

Ağıllı insan təhlükəli vəziyyətlərdə danışmaz.

Heyvanlardan şəxsi inkişaf dərsləri

Qazlar və durnalar

Qazlar və durnalar bir gün eyni tarlada yemək axtararkən birdən yanlarına yaxınlaşmağa çalışan ovçunu görürlər. Durnalar daha çevik və yüngül olduqları üçün o an uçurlar. Amma qazlar ağır hərəkət etdikləri üçün ovçunun əlindən qurtula bilmirlər. Yəni tutulan hər zaman günahkar olanlar deyildir.

Heyvanlardan şəxsi inkişaf dərsləri

Xəstə maral

Yaşlı bir maral xəstələnir və otlaya bilmək üçün daha gözəl otlaqda yaşamağa başlayır. Hər heyvanla yaxşı rəftar etdiyi üçün bir çox heyvan tez-tez ziyarətinə gəlir. Zamanla hər gələn heyvan bu gözəl otlardan dadmağa başlayınca qısa bir müddət sonra otlar bitir. Maral xəstəlikdən xilas olur amma yeyəcək heç bir şey qalmadığı üçün aclıqdan ölür. Yəni bəzən yaxşı şeylərdə paylaşdıqca bitə bilir.

Tərcümə: Aidə Mahmudova

19 yanvar 2016
GO BACK