Qadin.NET / Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

Bir düşüncə qavramı olaraq fəlsəfə, siyasətdən, sənətə, dindən elmədək hər faktı və anlayışı özünə obyek edə bilir. Bu səbəbdən fəlsəfənin və fəlsəfi düşünmə tərzinin inkişaf etmədiyi toplumlarda bir çox başqa sahənin daha zəif olacağı irəli sürülə bilər. Dolayısıyla sorğulayan, incələyən, araşdıran, fəlsəfi baxış açısı olan bir zehnə çatmaq həm fərd həmdə kütlə həyatı üçün son dərəcə vacibdir. Bu baxış açısını qavramaqda ən vacib üsullardan ilki də həyatı, dünyanı, insanı və özünə obyekt etdiyi fakt ya da anlayışı bu tərzdə dəyərləndirə bilən yazıçı və alimlərin mətnləri ilə bir başa təmas qurmaqdır.

Xəbərimizdə fəlsəfə ilə maraqlanan və bəhs etdiyimiz baxış açısına çatmağı hədəfləyən hər kəsin mütləq oxuması lazım olan 25 kitabdan bəhs edəcəyik. İnsan, həyat və dünya üzərində düşünmək və söz demək hər kəsin oxuması lazım olan kitablar …

1. "Dövlət", (e.ə. 380) Platon Uaythed Alfred Nort ( Alfred North Whitehead), “Fəlsəfə tarixi Platona düşülən haşiyələrdən ibarətdir” deyirdi. Dialoqlarında müəllimi Sokratı danışdıran Platonun məhşur kitabı “ Dövlət” yüz illərdir siyasətə və dövlət fəlsəfəsi üzərinə baş sındıranların, “ ideal dövlət, cəmiyyət necə olmalı?”, deyə soruşanların təkrar-təkrar oxuduğu bir kitabdır. “Dövlət” oxunmadan siyasət üzərinə söylənən hər şey əksik olacaqdır …

Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

2. “Nikomax etikası " (Nikomakhos'a Etik), (e.ə. 350) Aristotel Fəlsəfə tarixinin ən çalışqan filosoflarının başında gələn, yüzlərcə il fəlsəfi paradiqmaları təyin etmiş olan Aristotelin oğlu olan Nikomaxa(Nikomakhos) həsr etdiyi etik kitbadır.

3. Nikkolo Makiavelli Niccolò Machiavelli “ Şahzadə” (The Prince), (1532). Bu gün Makiavelist sözünü duyduğumuzda ağıla siyasi iqtidar və mənfəət uğruna hər şeyi edə biləcək, heç bir etik dəyəri olmayan şeytani bir tip gəlir. Bu söz italyan siyasət fəlsəfəcisi Nikkolo Makiavellinin adından yaranmışdır. Makiavelli, başqa kitablar yazmış olmasına baxmayaraq ona pis şöhrəti əsas olaraq “Şəhzadə” isimli kitabı qazandırmışdır. Makiavelli, bu kitabında iqtidar sahiblərinə nöbənöv məsləhətlər verməkdədir. Ancaq əksəriyyəti yaxşı olmayan deyə biləcəyimiz bu məsləhətlər, əslində Makiavellinin ideal metod dizynında yoxdur. O,“Şahzadə”də olması lazım olanı deyil, olanı anlatmışdır. Makiavelli bu əsərilə siyasət elminin qurucusu qəbul edilmiş və demək olar ki, Marksdan sonra düyna siyasətinə ən çox təsir edilən isim olmuşdur.

4. "Meditasialar", (1641) Rene Dekart (René Descartes) Tam ismi "Tanrı'nın Varlığının və Ruhun ölümsüzlüyünün şərh edildiyi ilk fəlsəfə üzərinə düşüncələr” olan “ Meditasialar” da Dekart “ilk fəlsəfə” olaraq Tanrının varlığı başda olmaqla ən geniş əlaqələrilə metafiziki mövzu seçir. Dekartın "cogito ergo sum" (düşünürəm o halda varam) məsləhətinin təməllərindən biridir.

Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

5. "Leviathan”, (1651) Thomas Hobbs "Leviathan" Thomas Hobbs tərəfindən yazılmış siyasət, dövlət və hüqüq fəlsəfəsinin təməl mətnlərindəndir. Leviathan anlayışı bu əsərdə mütləq güc və səlahiyyətlərə sahib suverən dövləti ifadə etmək üçün istifadə edilir. Kitab cəmiyyət müqaviləsi nəzriyyəsinin ən əski misallardından biri olaraq qiymətləndirilir.

6. "Etika", (1677) Benedikt Spinoza (Baruch Spinoza) Latınca yazılmış olan kitab, Spinoza vəfat etdikdən sonra çap edilmiş və onun ən məhşur əsəri olmuşdur. Spinoza yaşadığı müddətdə bir çox təzyiqlərə məruz qalmış, “Etika” hələ çap edilmədən müəyyən mühitdə oxunub, mübahisələrə vəsilə olduğuna görə, Spinozanın özü tərfindən çap edilməsi istənməmişdir.

7. "İnsan əqli üzərində təcrübə “ (1690) Con Lokk ( John Locke) "İnsan əqli üzərində təcrübə " yüz illər boyunca Qərb fəlsəfəsinin şah əsərlərindən biri olma xüsusiyyətini qorumuşdur. Lokk əsərlərində məlumatların mənbəsinin təcrübədə və duyumlarda olduğunu, ruhun da bunlara dayanaraq düşünəcni inkişaf etdirdiyi irəli sürülməkdədir.

8. "İnsan biliyinin prinsipləri haqqında ", (1710) Corc Berkli ( George Berkeley) "İnsan biliyinin prinsipləri haqqında" dünyada yalnız ruhların və bu ruhların əsas mövzusunun var olduğunu, buna qarşılıq maddənin var olmadığını önə çəkən ingilis filosof Corc Berklininən önəmli əsəridir.

9. " İnsanı anlama sənəti üzərində bir hesabat ", (1748) Devid Yum (David Hume) "Insani anlama sənəti üzərində bir hesabat" isimli əsərində Devid Yumun insan ağlının sərhədləri mövzusunda düşündürücü anlayışları və problemlərindən söhbət açır. Modern fəlsəfənin ən təsirli səbəbiyyət qaydalarından birini irəli sürər.

10. "Cəmiyyət müqaviləsi", (1762) Jan Jak Russo (Jean-Jacques Rousseau) Məhşur fransız aydınlanma filosofu Jan Jak Russo tərəfindən yazılan “ Cəmiyyət müqaviləsi”-də siyasi bir sistemin qurula bilməsi üçün ən yaxşı üsul cəmiyyət müaqviləsinin olduğu qeyd edilir.

Həyata baxış bucağınızı dəyişdirəcək 25 fəlsəfə kitabı (1)

11. "Saf ağlın tənqidi ", (1781) Immanuel Kant "Saf Ağılın tənqidi" bütün fəlsəfə tarixinin ən böyük filosoflarından biri olaraq qəbul edilən İmmanuel Kantın ən vacib əsərləri sırasındadır.

12. " Ruhun fenomenologiyası ", (1807) Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel) "Ruhun Fenomenologiyası", fəlsəfənin ən çox mübahisə edilən və daim özünə dönülən isimlərindən olan böyük alman filosofu Hegelin təməl mətnlərindən biridir. 13. "İstəmə və dizayn olaraq dünya ", (1819) Artur Şopenhauer (Arthur Schopenhauer) Şopenhauerin fəlsəfi düçüncələrinin təməlini və mərkəzini əmələ gətirən bu əsər eyni zamanda onun şah əsəri olaraq qiymətləndirilir.

14 “Qorxu və titrəmə” Sorn Kyerkeqor (Soren Aabye Kierkegaard) Ekzistensializm qabaqcıllarından danimarkalı filosof və teoloq olan Sorn Kyerkeqorun əsas kitablarından “qorxu və titrəmə” –də oxunması lazım olan kitablardandır.

15. "Kommunist Manifesti", (1848) Karl Marks - Friedrich Engels "Kommunist Manifesto" Karl Marks ve Friedrich Engels tərəfindən yazılan ilk kommunizim bəyənnaməsidir. Marx ve Engels, "Kommunist manifesti "də , proletariyanın burjua nizamını və istehsal vasitələrinin mülkiyyəti bir çevrilişlə aradan götürərək sinifsiz bir cəmiyyət nizamını reallaşdırılması lazım olduğunu bildirər.

Ardı var...

20 yanvar 2016
GO BACK