Qadin.NET / Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)

Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)

11. Pespektivizm

İdeyaların müəyyən perspektivlərdə varlığını, ona görə də gerçəkləri və ya dəyərləri mühakimə etməkçün bir neçə mövcud baxışların olduğunu iddia edən fəlsəfi cərəyandır.

Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)

12. Rasionalizm

Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyandır.

Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)

13. Nihilizm

İnsan mövcudluğunun dərk olunmasının, ümumi qəbul edilmiş əxlaqi və mədəni dəyərlərin inkarında özünü büruzə verən dünyagörüşü, avtoritetlərin qəbul edilməməsi.

Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)

14. Altruizm.

Başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip; eqoizmin əksidir. Altruizm terminini fəlsəfəyə Oqüst Kont gətirmişdir.

Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
15. İdealizm
Ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsiplərindən çıxış edən fəlsəfi cərəyandır.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
16. Strukturalizm
Müasir dilçilik elmində dil vahidləri arasındakı daxili (struktur) əlaqələri dəqiq təsvir etmək üçün üsullar irəli sürən cərəyanlardan birinin adı.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
17. Empirizm
Bütün biliklərin hisslərimizdən doğan təcrübələrə istinadən yarandığını iddia edən fəlsəfi cərəyandır.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
18. Estetizm
İnsanın bütün səylərinin gözəlliyin yaradılmasına istiqamətləndirilməsi, bədiiliyə, incəliyə pərəstişkarlıq bildirən fəlsəfi cərəyan.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
19. Absolyutizm
Heç nədən asılı olmayıb, sərhəd tanımayan, müstəqil olaraq baş verən hal və hadisələri ifadə edən düşüncə sistemi.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
20. Teizm
Zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Allahın mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim.
Fəlsəfi cərəyanlar "filoqrafika"da (2)
26 iyul 2015
GO BACK