Fəlsəfə əksər insanlara darıxdırıcı və çətin gələ bilər. Ancaq bu infoqrafika ilə əsla! Londondan olan qarafika dizayneri Cenis Karreras "Philographics" adlı illüstrasiyalar seriyası hazırlayıb ki, onlarda mövcud fəlsəfi cərəyanların mahiyytəti izah olunub. Həmin cərəyanları bu cür qrafika halında həfizədə saxlamaq istəyənlər üçün ideal variantdır, deyə düşünürəm və tələsərək sizlərlə də bölüşürəm ki, faydalanasınız. Beləliklə, sizlərə iki hissəli fəlsəfi cərəyanların rənglərlə ifadə edilmiş 20 plakatını təqdim edirəm. Digər 10 plakatı xəbərin ikinci hissəsində görəcəksiniz.
1. Dualizm
Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb (materializm və idealizm) təşkil etdiyini iddia edən fəlsəfi nəzəriyyə (monizm ziddi).
2. Antroposentrizm
Bütün kainatdakı hər şeyin insanın mərkəzində olduğunu və hər şeyin insana xidmətdə olduğunu irəli sürən düşüncə.
3. Determinizm
Determinzm-ümumiyyətlə səbəbiyyət prinsipi olaraq bilinən və hadisələrin bir-birinə müəyyən bir şəkildə bağlı olması, hər şeyin bir səbəbi olması ya da hər şeyin bir səbəbə bağlanaraq açıqlana bilinməsi vəya müəyyən səbəblərin müəyyən nəticələri yaradacağı, eyni səbəblərin eyni şərtlərdə eyni nəticələri verəcəyi müdafiə edən fəlsəfə termini. Eyni səbəb eyni nəticəyə gətirib çıxardığına görə səbəb - nəticə əlaqəsi qəti və dəyişməzdir.
4. Hedonizm
Həzz hissinin həyatda ən ali məqsəd olmasını irəli sürən təlim.
5. Vitalizm
Həyat prosesləri və hadisələrinin maddi əsaslardan deyil, orqanizmlərdə olan xüsusi qeyri-maddi əsasdan – “həyati qüvvədən” asılı olduğunu iddia edən mürtəce idealist cərəyan.
6. Eklektizm
Bir-birinə zidd olan fikir və nəzəriyyələrin prinsipsiz və mexaniki surətdə birləşdirilməsi.
7. Absurdizm
İnsanlığın kainatda bir məna axtarmasının boş məşğuliyyət olmasını və sonda bu axtarışın müvəffəqiyətsiz olacağını irəli sürən fəlsəfi cərəyan.
8. Stoisizm
Bütün şeylərin kosmik cazibəsini yaradan canlı orqanizmdir; bütün mövcud şeylər maddidir (materiyanın müxtəlif dərəcədə kobudluğu və incəliyi ilə); şeylər və hadisələr kosmosun hər bir dövri alışması və paklaşmasından sonra təkrarlanır.
9. İradə azadlığı
Sosial, mənəvi, siyasi şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması.
10. Ekzistensializm
İnsanın mahiyyətini məhz onun özünü yaratmasında görür. İnsan yalnız azad seçim etdiyi vaxt insan olur. Hər bir insanın varlığı unikaldır.