Qadin.NET / Işdə uğur qazamağın 8 üsulu

Işdə uğur qazamağın 8 üsulu

Işdə uğur qazamağın 8 üsulu 

Bildiklərinizi paylaşın

Məlumat və təcrübənizi həm iş yoldaşlarınız, həm də müştərilərinizlə paylaşın. Faydalı biliklər əldə etməyin nə qədər çətin, bir o qədər də asan olduğu bir vaxtda bildiklərinizi özünüzdə saxlamağınızın bir faydası olmayacaq.

Təcrübənizi paylaşmağınız sizə prestij qazandırar. Çünki bu nə etdiyinizi bildiyinizin və başqalarına da əhəmiyyət verdiyinizin isbatı olur.

Ədalətli olun 

Işdə uğur qazamağın 8 üsulu

Müştərilərinizlə danışanda, iş yoldaşlarınızla bir yerə toplananda, rəqiblərinizi müzakirə edəndə ədalətli olun. Özünüzü təlqin edib aldatmağa çalımayın. Çünki bu sizi səhv istiqamətlərə apara bilər. Və əmin olun ki, qarşınızdakı insan bunu başa düşdüyü ilk an itirəcəyiniz şey sizin hörmətiniz olacaq.

Özünəməxsus olun

Kütləyə tabe olmayın. Həm dərs həm də iş həyatında hamının sizinlə bir darıxdırıcı dərsləri öyrəndiyini unutmayın. Sizin nəsə bir fərqlilik yaratmağınız lazımdır. Zəkanızı, çalışqanlığınızı və yaradıcılığınızı işinizə əks etməkdən əsla çəkinməyin. “Mən bu işi belə görərəm”- deyin, bəlli bir üslubunuz olsun və insanlar bunun fərqinə varsın. 

Işdə uğur qazamağın 8 üsulu

Oxuyun

Ətrafınızdakı bütün diqqət çəkmiş kitabları, məcmuaları təqib edin, öyrəndiklərinizi iş yoldaşlarınızla, müştərilərinizlə paylaşın. Əhatənizdəki yenilikləri izləmək sizə məlumatdan daha çox şey qazandıracaq buna əmin olun.

Pozitiv və şən əhvalda olun

Problemlərinizi heç kimə bildirmədən, həyəcanlanmadan həll etməyi bacarirsanız demək ki, bir çoxundan irəlidəsiniz

Eyni zamanda işinizə əyləncə qatmağın üsulların tapa bilsəniz heyran qalınacaq bir imic yaradacağınız şübhəsizdir.

Ünsiyyətdə aktiv olun

Əgər insanlar sizdən xəbərdar olmasa, necə uğur qazana bilərsiniz düzdü? Internetdən uzaq qalmayın. Sosial şəbəkələrlə ünsiyyətə diqqət edin, ətrafınızdakı məlumatları ordakı tanışlarınızla da bölüşün.

Onlara öz sahənizdə əhəmiyyətli bir mütəxəssis olduğunuzu ancaq bu vasitə ilə inandıra bilərsiniz

Işinizə olan həvəsinizi həmişə qoruyun

Hörmət etdiyiniz və sevdiyiniz bir işə həvəsinizin ölməsindən söhbət belə gedə bilməz. Nə qədər ki, bu həvəs keçməyib işinizdəki uğurunuz da azalmayacaq.

Hər şeyi kənara buraxın işinizlə məşğul olun

Bu isə işin əsas sirrdir. Qanınızı qaraldan söz-söhbəti kənara qoyub yalnız işinizlə məşğul olun. 

27 may 2015
GO BACK