Qadin.NET / Qadın və kişinin fərqli əxlaqi dəyərləri

Qadın və kişinin fərqli əxlaqi dəyərləri

 

Qadın və kişinin fərqli əxlaqi dəyərləri

 

Bəzən seçim qarşısında qalərkən daxili dünyamızdakı səsi dinləmiş oluruq. Lakin araşdırmalar təyin edib ki, bu səs qadınlarda və kişələrdə fərqlidir. Bu bir-birini başa düşmək üçün daha bir addım ola bilər.

Qadın və kişi mənəvi seçim zamanı özünü necə aparır? Məsələn, hadisələrə hansı müdaxilə insanı peşman edə və yaxud əksini yaşada bilər?

Kanada, Almaniya, ABŞ tədqiqat insitutunun alimləri apardıqları araşdırmalarda belə qənaətə gəliblər ki, qadınlar hadisələrə soyuqqanlılıqla yanaşmağı o qədər də bacarmırlar. Başqa sözlə, qadınlar hislərini və ağlını bərabər dərəcədə paylaya bilmir. Məhz buna görə də onlara qərar qəbul etmək bir az çətin gəlir. Xüsusilə də bu qərar onların öz mənafeyi naminə kimisə qurban vermələrini lazım görəndə işlər daha çətinləşir. Sosial psixoloq  Rebecca Friedsdorf bu barədə geniş araşdırmalara imza atıb.

 

Tədqiqatçılar araşdırma zamanı iştirakçıları 40 fərqli vəziyyətlə  tanış etdilər. Qadın və kişilərə təklif etdilər ki, bu vəziyyətlərdən çıxış yolunu seçsinlər. Lakin variantlar iki dənə idi. İştirakçılar əsasən tanış olduqları halın mənfi və müsbət cəhətlərini seçməli idilər. Ümumiyyətlə, bütün kişilər və qadınlar öz qərarlarının nəticələrini nəzərdən keçirməyə meylli idi. Məsələn onların qərarlarından yaxud laqeyidlyindən kimlər zərər çəkə bilər, ətraf mühitdə bu necə qarşılanır, həmçinin buna onların insanlarla münasibəti də daxil idi.

Lakin qadınlar kişilərə nisbətən daha çox nəzərə alırdılar ki, verdikləri qərarlar hansı əks təsirləri yarada bilər. Məsələn belə bir düşüncə: "Əgər mən bu qərarı versəm, nə hiss edərəm?" Onlar gələcəklə bağlı, dəyərləri tarıma çəkəcək hallarla bağlı qərar verərkən çox çətinlik çəkirlər. Necə deyərlər qəddar hökmdarı öldürüb milyonlarla məzlumu xilas etmək lazımdır.

 

Qadın və kişinin fərqli əxlaqi dəyərləri

 

Əxlaqi dəyər baxımından ailəni xilas etmək üçün qızı qurban verməyə hazır olanlar mənfəətçilər hesab olunur. Onlar ümumi mənafe və gələcək naminə lazım gələrkən kiminsə fədakarlıq etməsinə adi baxırlar. Araşdırmalara görə kişilər bu mənfəətçilərin arasında çoxluq təşkil edir.

İndi siz vəziyyətlə tanış oldunuz, hansı yolu seçərdiniz? 

21 may 2015
GO BACK