Viktor Hüqo
(1802-1885)
III Napoleon 1851-ci ildə Fransanın hakimiyyətini ələ keçirdikdən sonra Hüqo siyasi sürgün oldu və ən sonda ailəsi ilə birlikdə Normandiyada bir İngilis adası Gernsiyə yerləşdi. Orada keçirdiyi on beş il müddətində üç şeir kitabı və "Səfillər" də daxil ən uğurlu əsərlərindən bəzilərini yazdı. Hüqo Gernsiyə gəldikdən qısa müddət sonra Hautevill evini satın alaraq (yerli camaat intihar edən bir qadının ruhunun bu evdə yaşadığına inanırdı) oranı istədiyi şəkildə nizama salmağa başladı. Bunlardan ən başlıcası damda kiçik bir "müşahidə qülləsi" inşa etmək idi. Manş dənizinə baxan bu qüllə adanın ən yüksək nöqtəsi idi və hava açıq olduğunda Fransa sahilləri görünürdü. Hüqo güzgünün qarşısındakı kiçik bir masanın arxasında oturur, hər səhər yazılarını burda yazırdı.
Yaxınlardakı bir qaladan hər gün atılan mərminin səsi ilə şəfəq söküləndə oyanır, təzə çəkilmiş qəhvəni və sevgilisi Cülyetta Druenin məktubunu yanına alırdı. "Juju"nun sevgili "Məsih"inə yazdığı həvəs dolu kəlimələri oxuduqdan sonra Hüqo iki çiy yumurta içir, özünü müşahidə qülləsinə həbs edib saat on birə qədər yazırdı. Bunun ardınca damın üstünə çıxıb bir tərəfdən at qılından bir əlcəklə bədənini sürtərkən, bir tərəfdən də gecədən doldurulmuş bir ləyən suyu üstünə tökərək yuyunurdu. Evin qarşısından keçən qəsəbə camaatı - və otağının pəncərəsindən baxan Culyetta da- bu qəribə mənzərəni seyr edirdi.
Nahar vaxtı Hüqo yeməyini yemək üçün alt qata enirdi. Bioqrafiya yazıçısı Qraham Rob belə yazmışdı: "O günlərdə sayılan adamların da muzeylər kimi bir açılış vaxtı olması gözlənilirdi. Hüqo hardasa hər kəsi- hətta məşhur yazıçının qadın oxucularına tamaşa etməyə gələn müşahidəçiləri də- qəbul edirdi. Saat on iki olduqda boz bir fedora şlyapa və yun əlcəklərlə - yaxşı geyimli bir əkinçi kimi- görünərək ortaya çıxır, qonaqlarını yemək otağına aparırdı".
Hüqo qonaqlarını yaxşı yedirir, amma özü çox az yeyirdi. Günortadan sonra iki saatlıq bir gəzintiyə çıxırdı, ya da sahildə idman hərəkətləri edirdi. Ardından gündəlik bərbər işlərini tamamlayırdı (saçlarını qaydaya salma məsələsində inanılmaz bir batil inanca sahib adam kimi davranırdı), Cülyetta ilə fayton gəzintisinə çıxır və günortadan sonrakı zamanlarını adətən hər gün ona gələn çantalar dolu məktublardan bəzilərinə cavab yazırdı.
Günəş batdıqdan sonra Hüqo ya Cülyettanın evində dostlarının da axşam yeməyinə qatıldığı, söhbət edib kart oynadıqları səs-küylü bir gecə, ya da öz evində zülmət dolu bir gecə keçirirdi. Ailəvi yeməklərdə Hüqo sadəcə fəlsəfi mövzularda söhbətə qatılar, getdiyi hər yerə daşıdığı kiçik dəftərlərindən birinə bir şeylər yazmaq üçün sözlərinə ara verirdi. Hüqonun oğlu Çarlz - Hüqo ailəsinin irəlidə yazıçı olan üç övladından biri - bu səhnəni belə ifadə edirdi: "Ən əhəmiyyətsiz fikirləri belə - "yaxşı yatdım, ya da mənə içmək üçün bir şey verin"- dilə gətirdiyi anda dayanır, dəftərini çıxarır və az əvvəl söylədiyi şeyi qeyd edər, heç bir şey itməz. Hər şey mürəkkəbə axar. Oğulları atalarından eşitdikləri bir sözü istifadə etdiklərində o dəqiqə ələ keçirdilər. Kitablarından biri işıq üzü gördükdə, qeyd etdiyi bütün yazıların orda nəşr olduğunu görürdülər".