Qadin.NET / Kitab oxumağın faydasının 23 sübutu -2

Kitab oxumağın faydasının 23 sübutu -2

Kitab oxumağın faydasının 23 sübutu -2

12. Kitab oxuyan insanlar fiziki cəhətdən də aktiv olurlar.

Araşdırmalar göstərib ki, oxumağı xoşlayan insanlar fiziki hərəkətlərlə də məşğul olmağı çox sevirlər. Onlar idman etməyə, qaçış, yürüyüş, digər məşqlərə həvəslə yanaşırlar.

Kitab oxumağın faydasının 23 sübutu -2

13. Oxumaq daha açıq görüşlü olmağa kömək edir.

"Creativity Research Journal"-ın tədqiqatına görə ədəbiyyat oxumaq şüurda yeni ideyaların yaranmasına gətirib çıxarır. Bundan başqa qısa bir həyat tarixi oxuyan insan tənhalaşmağa doğru az meyl etmiş olur.

Kitab oxumağın faydasının 23 sübutu -2

14. Oxumaq xarici dillərin öyrənilməsini asanlaşdırır.

Yeni bir dil öyrənərkən gündəlik oxumaqda fayda var. Bu materialı daha yaxşı anlamağa və hafizədə qalmasına kömək edir.

Kitab oxumağın faydasının 23 sübutu -2

15. Oxumaq dinləmək qabiliyyətini inkişaf etdirir.

Qəribə səslənsə də, bu belədir. Xüsusilə, ucadan səsli oxuduqda leksika və qrammatikanın anlaşılması asanlaşır. 

Kitab oxumağın faydasının 23 sübutu -2

16. Oxumaq həm də yaradıcılıq bacarığını inkişaf etdirir.

Universitet pedaqoqlarının kiçik yaşlı uşaqların ibtidai sinif proqramına gülməli mövzular daxil etmələri ilə müəyyən etdilər ki, sözlər və şəkillərin qarışıq öyrənilməsi uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Kitablar da böyüklərə bu cür təsir göstərir. 

Kitab oxumağın faydasının 23 sübutu -2

17. Oxumaq Altsaymer xəstəliyinin qarşısını almağa kömək edir.

Hər bir orqan kimi beynin də dəstək almasına ehtiyacı var. Bu dəstəyə müxtəlif məşqlər də daxildir. Altsaymer xəstəliyinin qarşısını almaq üçün kitab oxunmasının faydası var. 

Kitab oxumağın faydasının 23 sübutu -2

18. Birlikdə oxumaq valideyn və övladların münasibətini yaxşılaşdırır.

Psixoloqlar hesab edrlər ki, valideyn və uşaqlarının birlikdə kitab oxumaları zamanı onlar arasında xüsusi bir bağ yaranır ki, bu bağ televizor izlənilməsi və ya digər başqa məşğuliyyətlərdən yaranan bağdan daha güclü və daha effektlidir.

 Kitab oxumağın faydasının 23 sübutu -2

19. Oxumaq maliyyə çətinlikliklərini həll etməyə kömək edir.

Statistikaya görə oxumaq dərəcəsi aşağı olan insanların 43%-i yoxsulluqla yaşamaqdadır. 

Kitab oxumağın faydasının 23 sübutu -2

20. Kitab oxuyan uşaqlar təhsil məsələlərini daha tez yoluna qoya bilirlər.

Araşdırmalara görə kitab oxumaqdan məmnuniyyət duyan uşaqlar, məktəbdə də problemlərini asanlıqla həll edə bilirlər. Onlar nəinki qrammatikada, eləcə də riyaziyyatda uğur əldə edə bilirlər. 

Kitab oxumağın faydasının 23 sübutu -2

21. Oxumaq cinayətkarların reabilitasiya olunmasına kömək edir.

Tədqiqatlar göstərib ki, həbsxanada kitab oxuyan cinayətkarlar azadlığa buraxıldıqdan sonra növbəti dəfə cinayət etməkdən uzaqlaşırlar. 

Kitab oxumağın faydasının 23 sübutu -2

22. Oxumaq sizi yaxşı bir rəvayətçiyə çevirir.

Nə qədər çox başqalarının hekayəsini oxusanız, bir o qədər çox öz hekayələrinizi danışa biləcəksəniz. Sizə lazım olmayan məlumatları süzgəcdən keçirərək özünüzün lazım bildiklərinizi ötürəcəksiniz. Hekayənizin cəlbedici olması isə sizdən asılıdır.

 Kitab oxumağın faydasının 23 sübutu -2

23. Kitab oxumaq ətraf mühitimizi yaxşılaşdırmaq üçün həvəsləndirir.

Oxuyan insanlar 3 dəfə artıq xeyriyyə və könüllü işlər görməyə meylli olurlar. Ətraflarında olan kədərli və xəstə insanlara qarşı daha çox empatiya bəsləyirlər və kömək əllərini uzadırlar. 

21 mart 2015
GO BACK