Qadin.NET / Sapioseksual kimdir?

Sapioseksual kimdir?

Sapioseksual kimdir?
"Sapioseksual" terminini ilk dəfə məşhur İngilis aktrisası, müğənnisi  Marianne Faithfull Evelyn işlədib. Onun zəkasına, ağlına kübar nəsil xanım nümayəndələri həsəd aparırdılar. Maraqlısı odur ki, bu ailə seksologiya sferasına daha bir neçə termin bəxş etmişdi.  Marianne Faithfull Evelynin böyük əmisi məşhur Avstriya yazıçısı, psixoloq və seksopatoloq Leopold von Sacher-Masoch 1886-ci ildə ilk dəfə "mazoxizm" terminini işlətmişdi. 
Bilirsinizmi ki, elə insanlar var ki, maraqlı ünsiyyət zamanı cinsi münasibətdən daha çox həzz və ləzzət alırlar? Bu insanlara ağıllı ünsiyyət, diskussiya daha çox, maksimal həzz verir. İntellektin ehtirasa gətirdiyi insanları tanıyırsınızmı?
Sapioseksual kimdir?
Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca "sapio" - ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz - ağlın qüdrəti və dərinliyi, həzz almaq - intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi - partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək - böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.
Partnyorla birbaşa əlaqə yaratmağa ehtiyac yoxdur ki, intellektdən həzz alasan. Bəziləri yazıçının, filosofun, film qəhrəmanlarının ağlına heyran olurlar. Birbaşa iştirak etmədən,
Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Niçşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.
Tərtib: Fərid Abdullah
7 aprel 2016
GO BACK