Bəzən vaxt keçdikcə başa düşürsünüz ki, mövcud işiniz sizə görə deyil və müdiriniz sizin yerinizə qərarları verir. Dəyişiklik etmək istəyirsinizsə, nəyə görə və nə üçün edəcəyinizə diqqət yetirin.
1-İşə getmək həvəsiniz azalarsa;
İşə ayırdığınız vaxtı başqa şeylərə sərf etsəniz, ya da başqa insanların vəzifələri ilə maraqlanmağa başlamısınızsa, deməli, işinizə əvvəlki kimi vaxt ayırmırsınız.
2-Heç bir riskə getmirsinizsə;
Bilərək gedilən risklər axmaqlıq deyil, əlbəttə sonunda müvəffəqiyyət əldə edə biləcəyinə inamınız varsa. Əvvəllər böyük bir sevgiylə gördüyünüz layihələri artıq etmək istəmirsinizsə, risklərə getmək və müvəffəqiyyətə çatmaq yerinə sonunun nə olacağını düşünürsünüzsə yeniliyin artıq vaxtıdır.
3-İşiniz artıq maraqsız və darıxdırıcıdırsa;
Müəyyən bir müddətdən sonra eyni işi görməkdən bezə bilərsiniz. Yeni layihələr, həyəcanlar sizi həvəsləndirə bilər. Ancaq əvvəllər zövq alaraq gördüyünüz işlər belə artıq darıxdırıcı gəlirsə, işinizdən yorulmuşsunuz deməkdir.
4-Şəxsi inkişafınıza qarşı diqqətiniz azaldısa;
İşiniz üçün əhəmiyyətli şeyləri öyrənməyə çalışın. Bunu edərək işinizə və özünüzə etibarınızı geri qaytarın. Bacarığınızı göstərsəniz işinizdə daha asan yüksəliş əldə edərsiniz. Bəzən bu inkişaf işdən kənarda reallaşa bilər, işarələri izləyin.
5-İş yoldaşlarınız sizi saymırsa;
İş yoldaşlarınız əvvəlkinə nisbətən sizdən uzaqdırlarsa, özlərini sizdən yüksəkdə tuturlarsa, əsəbləriniz pozulacaq. Bu cəsarətinizi yox edər və işə qarşı məhəbbətinizi azaldar. Dəyişiklik üçün yaxşı bir zaman ola bilər.
6-İşinizə bağlanmırsınızsa;
Əslində bu işiniz xaricindəki şeyləri çox düşündüyünüzü göstərir. Bu tez-tez qarşılaşılan bir vəziyyətdir. Nəticədə iş xaricində bir həyatınız var. Amma bu düşüncələr işinizə mane olmağa başladısa, başqa bir iş tapmağı planlaşdıra bilərsiniz.
7-İşinizdə yüksələ bilmirsinizsə;
Əgər qalxdığınız bu yolda büdrədiyinizi və yüksələ bilmədiyinizi fikirləşirsinizsə, yavaşlayın, istirahət edin və daha çox enerji ilə qalxmağa davam edin. Ancaq sizdən zəiflər, bəlkə də sizin işə götürdüyünüz insanlar sizdən üst bir mövqeyə qalxdılarsa, yeni bir iş haqqında fikirləşməyə başlaya bilərsiniz.
8-Başqalarının işlərinə kömək etmək;
Məcburiyyətində olmadığınız halda işlərin daha əyləncəli olduğunu fikirləşərək başqa şəxslərin işlərini görürsünüzsə, bu hərəkətiniz müdriyyət tərəfindən hiss edilməli və sizə fərqli işlər verməyə başlamalıdır. Əgər müdiriniz buna cavab vermirsə, ya da görməməzlikdən gəlirsə, yeni bir iş axtarmaq üçün bu bir fürsətdir.
9-İşinizdən razı deyilsinizsə;
Bu adamdan adama dəyişir və iş əsnasında ya da iş sonrasında xoşbəxt olmaya bilərsiniz. Bəzən gördüyünüz işin tamamilə boş olduğunu düşünə bilərsiniz. İndi bəlkə də bir çoxunuz belə düşünürsüz.
10-Müdiriniz ya da dostunuz bir dəyişikliyin lazım olduğunu deyirsə;
Həyatınız haqqında məlumatı olan ya da bunu hiss edə bilən insanların həyatınızda dəyişiklik etməniz lazım olduğunu deyirsə, bunu göz ardı etməyin. Buna ehtiyacınız olub-olmadığını nəzərdən keçirin.
Bəzən işarələri görə bilmədiyimiz vaxtda axtarmaq lazımdır. Hamımız zamanla işimizdən bezə bilərik. İşinizdə sizi narahat edən şeylər varsa bunları görməməzlikdən gəlməyin. Sevdiyiniz və xoşbəxt olduğunuz bir işi görmək üçün həmişə fürsət tapmaya bilərsiniz.