Qadin.NET / Hər gün üçün ən qısa meditasiya

Hər gün üçün ən qısa meditasiya

Hər gün üçün ən qısa meditasiya

Yəqin küçələrdə öz-özünə danışan və ya mırıldanan insanlara rastlamısınız. Əksər insanlar bu kimi insanlara "dəlidir yəqin", yaxud, "kim bilir nə qədər dərin problemi var ki, bu cür danışa-danışa gedir" - deyə düşünə bilər. Əslində isə, o cür danışanlar da bir çox insan kimi normal insanlardır. Sadəcə zehində olanları səsli ifadə edirlər. Bu o deməkdir ki, bizlər hər birimiz zehimizin içində səsli danışırıq. Bu səs rəy bildirir, dartışır, mühakimə edir, müqayisə edir, şikayət edir, bəyənir, bəyənmir və s. Bəs bu səsli danışmağı necə nəzarət altına almaq olar?
Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını  ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni  başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb  meditasiya edirlər. 

Hər gün üçün ən qısa meditasiya

Bəzən eyniliklər bizi yorar, fərqli bir şeylər öyrənmək, tətbiq etmək istəyərik. Yeni bir şey öyrənməklə gücümüzü, potensialımızı sınayarıq. Bu həm faydalı olur, həm də əyləncəli. Belə dəyişiklik istəyirsiz? O zaman yaxın əyləşin və bu xəbərin ardını oxuyun.

Bu yaxınlarda xarici şəxsi inkişaf mənbələrindən birində hər gün üçün çox qısa olan meditasiya metoduna rast gəldim. Bu meditasiya metodu gün ərzində 6 dəfə edilməklə ( hər dəfəsində 30 saniyə) cəmi 3 dəqiqənizi alacaq. Dünyada ən qısa meditasiya hesab olunur. Mahiyyəti ondan ibarətdir ki, anidən sizi bir anlıq olduğunuz vəziyyətdən çıxarır və ətrafı müşahidə qabiliyyəti qazandırır.

Hər gün üçün ən qısa meditasiya

Meditasiya belədir:

Küçədə, yolda gedərkən, siz birdən-birə xatırlayırsınız. Dayanırsınız. Təmamən dayanırsız, heç bir hərəkət olmamalıdır. Yarım dəqiqə ərzində ətrafınızda baş verənləri müşahidə edirsiniz, nələr olub-bitdiyinə şahid olursunuz. Şəraitindən asılı olmayaraq həmin anda təmamən hərəkətsiz dayanıb yarım dəqiqə müşahidə lazımdır. Sonra yenidən hərəkətə davam edirsiniz. Bunu gündə 6 dəfə təkrarlamaq lazımdır. İstəyə görə sonrakı günlərdə müşahidə müddətini yavaş-yavaş artırmaq da olar. Unutmayın, dayanma hərəkətini anidən etmək lazımdır. Düşünməyin ki, ətrafdakılar sizə baxıb "başına hava gəlib" deyə bilərlər. biggrin Zaman keçdikcə metodu həyata keçirərkən bu işdə ustalaşacaqsınız. Metodun məqsədi ani hərəkətlə sizin enerjinizi dəyişib beyində gedən ardıcıllığı dayandırır və ağıl yeni bir fikir yürüdə bilmir. Çünki, bunun üçün ona zaman lazımdır.

Müəyyən müddət keçdikdən sonra bu metod sizə fərqli bir güc və enerji qazandıracaq.

16 oktyabr 2014
GO BACK