Qadin.NET / Öndə olan peşələr

Öndə olan peşələr

İş sahibi olmaq ölkəmizdə getdikcə çox çətinləşən bir vəziyyətə çevrilib. İllərcə universitet oxuyan bir çox tələbə iş tapa bilmədiyindən şikayətlənir. Bir çox tələbənin olduğu hissələrdə iş sahibi olmaq olduqca çətindir. Dövlət işində işləmək istəyənlər isə daha çətin şərtlərdə imtahanlara tabe olurlar və bu getdikcə də çətinləşir. Universitetə qəbul olan abituriyentlərin, əsasən ümid vəd edən peşələri seçməyə çalışır. Budur, bu peşələrdən bəziləribu sizə təqdim edirik.  

Öndə olan peşələr
E-ticarət 
İnkişaf edən texnologiya ilə birlikdə iş sahələrinin hamısı internet üzərindən xidmət verə biləcək vəziyyətə gəldi. Hal belə olunca internetdən və internet ticarətindən başı çıxan və məzun olan kəslər daha rahat iş tapırlar. Böyük, kiçik bütün şirkətlər internet məsləhətçiləri axtarır. Bu gedişlə çox yaxın bir zamanda internet öz hegemonluğunu irəli sürəcəkdir. Dünya elə bir hala gələ bilər ki, internet olmadan heç kim bir şey edə bilməz. 
Öndə olan peşələr
Estetik cərrahı
Estetik cərrahiyyədə inkişaf edən texnikalar və insanların bu mövzudakı sonsuz tələbkar olması nəticəsində son illərdə estetik əməliyyatlarda 100% artım olmuşdur. Bu sahədə mütəxəssis həkimlərə olan ehtiyac olduqca çoxdur. 
Psixiatr
İctimai və fərdi problemlərin çox yaşandağı bu zamanımızda psixiatr sahəsində mütəxəssis olmaq iş mövzusunda olduqca axtarılan bir şəxs olmanızı təmin edəcək. Artıq insanların psixologiyaları daha zəif, problemləri isə getdikcə daha çox artır.
Öndə olan peşələr
Diyetoloq
Əsrin xəstəliyi piylənmə bütün insanları, xüsusilə uşaqları təhdid edir. Fastfood vərdişinin getdikcə artması bu problemin də artmasına gətirib çıxaracaqdır. Çəki problemi yaşayan insanların sayı gün keçdikcə artır. Bu mövzuda dövlət belə tətbiqlər və köməkliklər edir. İnsanlara kömək edə bilən bir sahədə mütəxəssis olan dietoloqa ehtiyac bu gedişlə daha da artacaqdır.
Öndə olan peşələr
İnformasiya sistemləri 
Bu günümüz sanki texnologiya və kompyuter üzərinə quraşdırılıb. Ona görə də bu peşəyə hər zaman tələbat var.
Ölkə xarici ticarət
Xarici ölkələr ilə əlaqələr artdıqca xarici ticarət də gündən-günə böyüməkdədir. 
Qida mühəndisi
İrəliləyən zamanlarda ən əhəmiyyətli mühəndislik sahələrindən biri olacaq. 
Sığorta
Tədbir məqsədli mal varlıqlarını və həyatlarını zəmanət altına almaq istəyən insanlar tərəfindən ediləcək olan sığorta əməliyyatları sahəsində mütəxəssis olanlara həmişə iş var.
15 avqust 2014
GO BACK