Qadin.NET / Get, işinlə məşğul ol!

Get, işinlə məşğul ol!

Get, işinlə məşğul ol!
Öz işinizlə məşğul olub-olmadığınızı öyrənmək üçün bu bəndlərə razı və narazı olduğunuzu bildirin:
1) Bazar ertəsi səhər iş həftəsinin başlanmasına sevinirsiz.
2) Geyim əhvalınızı yüksəldir və özünə inamı artırır.
3) Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyətinizə iş heç də mane olmur.
4) Hiss edirsiniz ki, ofisdə hətta divarlar belə sizə yardım edir.
5) Karyera normal ailə həyatı ilə əla uyğunlaşır.
6) Müdirin xəstələnməsi xəbəri bir sıra kolleqalarınızda olduğu kimi sizdə sevinc hissi yaratmır.
7) Rəqib şirkətin təklifini qəbul etməzsiniz, hətta məvacibi daha artıq olsa belə.
8) İş vaxtı başınız nadir hallarda ağrıyır.
9) İşdə yubanmağa normal hal kimi baxırsız.
10) Siz kolleqalarınızla tez-tez nahara gedirsiz və onların menyu seçimi ilə razılaşırsız.
11) Kolleqanız yerində olmayanda ona gələn zəngə həvəslə cavab verirsiz.
12) İş vaxtı davamlılığı adətən sizə qısa gəlir.
13) Şirkətinizdə 3 ildən çox işləyirsiz.
14) Kolleqalarınızın arasında dostluq etdiyiniz xoş insanlar var.
İndi nəticələri hesablayaq:
"Hə" cavabı 4-dən çox olarsa:
Nəinki işinizi, hətta ixtisasınızı dəyişmək vaxtıdır, özünüzü başqa sahədə axtarın. Müdir sizin yerinizə işçi axtarır, kolleqalarınız isə fikrinizi önəmli saymır. İşinizlə bağlı ailə də sevinmənizə mane olur və onların məsləhətlərini şəxsi işinizə qarışmaları kimi qəbul edirsiz. Boş vaxtlarınızda nə ilə məşğul olmağın sizə xoş gəldiyini yadınıza salın və hobbinizi işinizə çevirə biləcəyiniz barədə düşünün. Həyata yenidən başlamağa qorxmayın. Çətin situasiyalarda psixoloqa müraciət edin.
"Hə" cavabı 4-7 dəfə olarsa: İçinizdən həzz almanız çatışmayan cəhətlərinizi görməyə mane olur. Buna baxmayaraq ilk baxışda hər şey normaldır, müdir və kolleqalarınızın fikirlərinizə qulaq asır, ancaq həmişə öz təcrübələrinə əsaslanırlar. Yaxınlarınız başa düşür ki, çox işləyirsiz, ona görə də sizi ruhlandırmağa çalışırlar. Əgər işinizdə stereotiplərinizi dəyişməsəniz və mövqeyinizi daha qətiyyətlə müdafiə etməsəniz yüksək vəzifəyə nail olmayacaqsız.
"Hə" cavabı 8-14 dəfə olarsa: Elə işçilərə aidsiniz ki, siz olmadan şirkət o dəqiqə itkisini anlayar. Müdiriniz sizi öz yerinə namizəd görür, kolleqalarınız da sizin şirkətdə çox qalmayacağınızı düşünürlər. Yaxınlarınız uğurlarınızla fəxr edir və bayramlarda nə hədiyyə almaq istədiklərinə işarə edirlər. Yaxşı fikirləşin, bəlkə rəqib şirkətin iş təklifini dəyərləndirəsiz və ya öz şirkətinizi qurasınz?! Məhz bu yolla peşakarlığınızı daha da artıra bilərsiniz.
24 mart 2016
GO BACK