Bildiniz kimi, mən ingilis dili müəlliməsiyəm. Amma kiçik yaşlı uşaqları British school-da təhsil almaq üçün öyrədərkən onlara ingilis dilində riyaziyyat da öyrətmək lazımdır. Mən bu işə yeni gələndə, az yaşlı uşaqlarla işləmək barədə təcrübəsiz idim. Düşünürdüm görəsən, bacaracağammı? Və nəhayət, yavaş-yavaş uşaqlara öyrəşdikcə, onların xasiyyəti və bacarıqları ilə tanış oldum. Əsas diqqət çəkmək istədiyim məsələ odur ki, iş təcrübəmə əsaslanaraq, öyrəndim ki, uşaqlar sadə hesablamalardan daha çox, şəkilli, onları əyləndirən riyazi çalışmaları heç yorulmadan, asan ve tez həll edirlər. Bu işimdən öyrəndiyim yeni bir təcrübə idi. Bu isə mənim müəllimlik sahəsində əldə etdiyim bir şəxsi inkişaf idi. İndi artıq bundan bir il keçib və mən bundan sevə-sevə isdifadə edirəm. Bu çalışmaları evdar xanımlar da yükləyib, ev şəraitində övladlarını öyrədə bilərlər.