Elə adamlar var ki, vacib məsələlərin həllini dərhal yerinə yetirmək iqtidarında olsalar belə sabaha saxlayırlar. Belələri "təxirə salma - prokrastinasiya" sindromundan əziyyət çəkirlər.
"Prokrastinasiya sindromunun səbəblərindən biri qorxudur: "İnsan uğursuzluqla qarşılaşacağından qorxduğu üçün işi sonraya saxlayır. Bir növ işin nəticəsindən qaçır. Elə adamlar da var ki, işi yaxşı görsələr belə kütlədən seçilmək istəmirlər. Təvazökar olan bu insanlar problemin həllini sonraya saxlayanlardandır. Mükəmməlçilik sindromunun qurbanları işin kiminsə ondan daha yaxşı yerinə yetirəcəyindən qorxurlar. Onlar gözləyir və yaxşı nəticəyə nail olacağını anlayanda işi yerinə yetirməyə başlayırlar. Bu, bəzi vaxtlarda yaxşı effekt versə də, insanı astagəl edir. Bəzi adamlar isə rahatlığı çox sevdiyi, özünü yormamaq və ya deyilənlərin əksini etmək üçün işlərini təxirə salırlar".
Bu problem müxtəlif və ən gözlənilməz səbəblər üzündən baş versə də fəsadları ağırdır. Psixoloqların məsləhətinə görə, bu sindromla nə qədər tez mübarizəyə başlanılsa, bir o qədər də xeyri çox olar: "Bu sindromdan əziyyət çəkən şəxs anlamalıdır ki, işləri təxirə salmaqla, problemdən qaçmaqla, o, hər şeyi üst-üstə yığır və sonunda onsuz da onları həll etməli olacaq. Nəticədən nə qədər qaçmaq istəsə də, bu, mümkün deyil. Son anda tələsik, yaxşı düşünməmiş problemlərini həll edəndə isə hamıdan pis nəticə göstərəcək".
Qeyd edək ki, təxirə salma sindromu insanda özünə qarşı tənqidi və neqativ münasibəti, günahklarlıq hissini də artırır. Sindromun qurbanı rahatlıq dalınca qaçdığını zənn etsə də, həyatı daha stressli və həyəcanlı olur. O, hər gün həll etmədiyi problemlərin yükü ilə yataqdan qalxır və onların fikrini çəkə-çəkə yaşayır.
Elə adamlar da var ki, həll etməli olduğu işi görmək əvəzinə saatlarla internetdə nəsə axtarır və oxuyur. Beləcə vaxtın necə tez keçdiyinə fikir vermir. Axırda tələsik işlərini birtəhər görüb təhvil verir.
Mütəxəssis bildirir ki, sindromdan qurtulmaq mümkündür: "Bunun üçün günü, həftəni, hətta ayı da planlaşdıra bilərsiniz. Bir kitabçada görəcəyiniz işlərin siyahısını tutun. Onların qarşısında nə vaxt yerinə yetirməli olduğunuz vaxtı da yazın" deyən psixoloqun bildirdiyinə görə, planlaşdırma zamanı sosial şəbəkələrdə söhbətə gün ərzində bir-iki dəfə vaxt təyin edin: "Yalnız həmin vaxtlarda sosial şəbəkəyə daxil olun. Eləcə də iş yoldaşları ilə çay, kofe içmək, söhbət etmək üçün də minimal vaxtlar təyin edin. Nəzərinizdə saxlayın ki, işdən sonra doyunca söhbət edə, alış-verişə gedə, əylənə bilərsiz. İşi isə ancaq iş vaxtı görürsüz və ayrılan müddətdə bunu keyfiyyətli etməyə çalışmalısınız".

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
