Fatmanın zəngli saatı hər səhər saat 7.12-də çalanda elə bil onun başından qaynar su tökürlər. İndicə bir bütöv limon yemiş kimi üzünü turşudub saatı söndürür. Bir gözü yumulu, bir gözü açıq ayağa durur, dişlərini yuyur, paltarını geyinir, evdən çıxır, avtobusa minir. Fatma işə gedib çatır, zəhləsi gedən müdirini görən kimi ikinci gözü də açılır, kompüterin qarşısına keçib sevmədiyi işdə 8 saat keçirir.
Və səhərisi gün eyni ssenari...
Niyə sevdiyi işlə məşğul olmadığını soruşanda Fatma deyir ki, hələ nə işlə məşğul olmaq istədiyini bilmir. Başqa sözlə desək, Fatma hələ həyat missiyasını tapmayıb. Tanış əhvalatdır?
Sən tək deyilsən. Bu sual hər il minlərlə abituriyentin ən qorxulu yuxularına gəlir – Hansı fakültədə oxuyum? Kim olmaq istəyirəm? Universiteti qurtarıb işləməyə başlayan yüzlərlə insan öz işindən narazıdır, sən demə, 6 il Tibb Universiteti oxumaq boşa gedib, çünki Gülbadam qan görəndə ürəyi gedir.
Dünyadakı insanların çoxu sən, Fatma və Gülbadam kimi həyat məqsədinin onları bir gün tapacağını gözləyir. Bununla da ən böyük səhvi edirlər.
Həyat məqsədi/missiyası səni tapmır, sən onu yaradırsan!
Dünyada iki cür insan var – həyatı missiyalı yaşayanlar və missiyasız olanlar.
Həyat missiyası nəyə lazımdır? Həyat missiyası benzin kimidir, sənə enerji və stimul verəcək, ağlına gəlməyən çətinliklərə qalib gələ biləcəksən, məqsədli yaşayacaqsan, yuxudan hər səhər iki gözün açıq, gülər üzlə duracaqsan, iş sənə əyləncə kimi gələcək.
Həyatı missiyalı yaşayan insanlar uğurlu insanlardır, dünyada dəyişikliklər edən insanlar məhz onlardır, hər zaman müsbət enerji ilə doludurlar, tənqidlərə və çətinliklərə qalib gəlmək üçün sonsuz gücləri var.
Sən də hələ missiyanı kəşf etməmişən?
Gəl sənin missiyanı yaradaq.
Bunun üçün yarım saat ayır. Bunu ya indi, ya da sonra edə bilərsən. Ətrafında fikrini yayındıran heç nə olmamalıdır. Hazır olanda vaxtı ölçən cihaz, dəftər-qələm götür və ya yeni Word fayl aç. Hər sualı oxuyub yaxşı düşünüb 3 dəqiqə ərzində cavablarını yazmalısan. Başlayaq!
1. Sən ən çox nə etməyi sevirsən? Nə ilə məşğul olanda özünü çox xoşbəxt, rahat hiss edirsən? Sevdiyin bütün xırda və böyük məşğuliyyətləri yaz. (3 dəq)
2. Bütün dünyanı düşün – Afrika, Asiya ölkələri, Avropa… Dünyadakı insanları düşün. Onların yaşadığı çətinlikləri düşün. Dünyanın və dünyadakı insanların xoşbəxt olması üçün nəyə ehtiyac var? Hansı dəyişikliklər, yeniliklər dünyadakı insanları daha xoşbəxt, dünyanı daha yaxşı edər? (3 dəq)
3. İndi birinci suala yazdığın cavablara bax. Sən bu sevdiyin məşğuliyyətlərdən hansını və ya hansıları inkişaf etdirsən dünyanın daha yaxşı, insanlarını daha xoşbəxt edər? Əlindən gələ biləcək bütün xırda və böyük işləri yaz. (3 dəq)
4. Sevdiyin işlə məşğul olub dünyanı yaxşıya doğru dəyişərək necə pul qazana bilərsən? Geniş düşün. Hər cür pul qazanma imkanlarını nəzərə al. (3 dəq)
5. Bu məqsədinə nail olmaq üçün atmalı olduğun addımları sadala. Gələcək 1 il və 10 il ərzində nələr etməlisən? (3 dəq)
6. Dünyanı yaxşıya dəyişərək sevdiyin işlə məşğul olmaq üçün bu gün və gələcək 1 ay içində nələr etməlisən? (3 dəq)
7. Dünya 2030-cu ildə sənin sayəndə daha yaxşı yer olacaq. Bu necə baş verəcək? (3 dəq)
8. Sən dünyadan köçəndə nə cür insan olaraq xatırlanmaq istəyirsən? (3 dəq)
9. Sənin həyat məqsədin nədir? (10-20 söz)
Bütün suallara cavab verəndən sonra nə etmək istədiyin, dünyadakı yerin haqqında bir fikrin formalaşacaq. Yazdığın cavabları gördüyün bir yerdən və s. Onları hər gün oxumağa və həyat missiyan üçün hər gün addımlar atmağa söz ver.
Bir ay sonra 6-cı suala yazdığın cavabları bir daha oxu. Bu məqsədlərinə çatdınmı? Çata bilmədiyin məqsədləri yaz və yeni məqsədlər əlavə edərək yeni bir aylıq siyahı hazırla. Beləcə hər ay siyahını yenilə.
Dostlarına, ailə üzvlərinə həyat missiyan haqda danış. Bundan sonra məqsədli yaşayacağına, həyatının kapitanı olacağına söz ver.
Bu məqsədinə bir gün, bir ay, bir il ərzində çatmayacaqsan, səbrli olmalısan, hər gün kiçik addımlar atmalısan.
Getdiyin yerdən zövq almamışdan qabaq, getdiyin yoldan zövq almağı öyrənməlisən. Məqsədli yaşadığın hər gün əyləncəli olacaq. Bu yolda sənə uğurlar!
Sənin içindəki dahi bütün ömrün boyu onu oyatmağını gözləyib. Onu daha gözlətmə!
Şəbnəm
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Shokostar" tortu (foto-resept)
Bu da Bakı-2015-in reklamı-Video
Koronavirusla bağlı yayılan səs yazısına RƏSMİ AÇIQLAMA
Siz hansı dəsti bəyəndiniz?
İbrahim Tatlısesin yeni sevgilisi üzə çıxdı - VİDEO
Meyvəli-kakoslu desertlər (foto resept)
iOS7-yə uyğunlaşırlar
“TikTok”dan 5 milyon dollar qazanan 19 yaşlı qız kimdir? - ADLAR
Atatürkü bu adam zəhərləyib
"WhatsApp"-da möhtəşəm YENİLİK!
Türkiyə Azərbaycan yığmasından revanş aldı
Gediş haqları qalxacaq?
Ronaldunun uğurunun sirri açıldı
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Turizm Agentliyindən Xan Sarayındakı hadisə ilə bağlı AÇIQLAMA
Türkiyənin Baş naziri: Bundestaq böyük səhv etdi
Kişilər üçün: Boynu qılıncdan qoruyan istidə özü bıçağa dönür
Fransız qadınlarının gözəllik sirləri
Hersoqinya Keyt gələcək ginekoloqlarla görüşdü - FOTO
Çağatay Ulusoyun niyə kökəldiyi məlum oldu-FOTO
Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil
Ən çirkin yeni il geyimləri
Məşhurlar əvvəl və sonra
Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları
Moskvadan Ankaranı məyus edən açıqlama
Dünyanın ən bahalı nişan üzükləri
Yenilik! Ali məktəblərə qəbulun nəticələrini öyrənmək üçün daha bir imkan
DTX-dən əməliyyat: Yaralı qazilərin bank kartlarını ələ keçirən şəxs tutuldu - VİDEO
Ölməyən eşq hekayəsi
"Uğur sərhəd tanımır"-(Sosial Çarx)
Dünya "Qarabağ"a edilən haqsızlıqdan danışır
Quru dərilər üçün maska
Hadise tanınmaz halda – FOTO
Somada son ümid də bitdi
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Sabahın HAVASI
Bakımızın tanınmış binaları
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Sabahın HAVAsı
Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
Türkiyə ABŞ-ı ittiham etdi
Qeyri-adi görünüşlü sabunlar
Sizlərə Dalai Lama testi...
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
“İlk əvvəl içinizdəki uşağı öyrədin”
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Erməni vandalizmi yenə özünü göstərdi: Bu dəfə Laçını yandırırlar - FOTO
Yatmazdan əvvəl bunu etməyin
Şərbətli badam şirniyyatı (foto-resept)
"Qız xəstəliyi" - bu nədir?
- ŞƏRHLƏR