Qadin.NET / Bu robot hər yerə girə bilir

Bu robot hər yerə girə bilir

 

ABŞ elm adamları  soxulcan kimi qıvrılaraq və bükülərək çox dar sahələrə girə biləcək elastiklikdə bir robot ixtira edib.

Prototipi çıxarılan 12,5 santimetr uzunluğundakı, 4 qıçlı insana oxşar robot, zəlzələ kimi təbii fəlakətlərdə girilməsi  çətin olan  çatlaqlara girməyi və ya döyüş sahələrindəki çətin əraziləri izləməyə imkan verəcək.

 

 İki aylıq bir işin sonunda prototipi meydana gətirilən robotun 4 qıçının havayla şişirildikdən sonra əllə və ya kompüter vasitəsilə idarə edilə bildiyini izah edən elm adamları, bunun sayəsində robota iməkləmək və sürünərək irəliləmək də daxil olmaq üzrə bir sıra hərəkət imkanı qazandırıldığını söyləyib.

 

 Robotun elastikliyini, yer ilə 1,905 santimetr yuxarıda olan şüşə bir lövhənin arasından əyilib bükülərək keçirmək surətiylə test edən araşdırmacılar, robotu bu son dərəcə incə aralıqdan bir sıra hərəkət kombinasiyasını tətbiq edərək 15 dəfə manevr etdirməyi bacardıqlarını söyləyiblər.

 

 Robotun  parça, çınqıllı qum, palçıq və hətta jele də daxil olmaqla, müxtəlif səthlərdə bir ucdan digərinə hərəkət edə bildiyini izah edən Harvard Universiteti alimlərindən Robert Shepherd, robotun müxtəlif səthlərdə xarab olmadan funksiyalarını yerinə gətirə biləcək qədər möhkəm olduğunu müşahidə etdiklərini söyləyib.

 

 

17 mart 2012
GO BACK