Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olub. 1934-cü ildə orta məktəbi də Bakıda bitirir. Orta məktəbi bitirdikdən sonra Əzizbəyov adına Sənaye institutunda ali təhsil alan Züleyxa 1935-ci ildən də institutun nəzdində Bakı aeroklubunun filialı olaraq fəaliyyət göstərən birinci tələbə aeroklubunun üzvü olur. Elə həmin ildə institutda Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə birinci yeri tutur. Bu birincilik onun üçün hər şeyin başlanğıcı idi. Züleyxa artıq öz yolunu seçmişdi. O, səma qəhrəmanı olmalıydı.
Züleyxa Seyidməmmədovailk fərdi uçuşunu tələbə aeroklubuna üzv olduğu illərdə edir. 1935-ci ilin oktyabrında ona təyyarədə təkbaşına uçmağa icazə verilir və SSRİ XKS nəzdində Mülki Hava Donanmasının baş idarəsi tərəfindən Təyyarəçi şəhadətnaməsi təqdim olunur.Elə həmin ildə Moskvada keçirilən paraşütçülərin Birinci Ümumittifaq toplanışında Zaqafqaziyanı təmsil edən komanda Tuşinski təyyarə meydanında qrup halında lazımı dairəyə tullanmaq üzrə birinci yeri tutur. 5 nəfərdən ibarət komandanın yeganə qız üzvü Züleyxa Seyidməmmədova idi.1935-ci ildə Moskvada keçirilən uçuş tullantısında iştirak edən Züleyxa sonra Tuşinski aerodromunda qrup halında tullanmaq üzrə Zaqafqaziya komandasında birinci yeri tutur və Zaqafqaziya İcraiyyə Komitəsinin Fəxri fərmanına və qiymətli hidiyyələrinə layiq görülür. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə isə onu paraşüt idmanı üzrə təlmatçı vəzifəsinə təyin edirlər.Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi ilə əlaqədar 1936-cı il yanvarın 21-də Kremldə Azərbaycanın ən yaxşı nümayəndələrinin təntənəli qəbulu keçirilir. Qəbulda Azərbaycanın adlı-sanlı adamlarına ordenlər verilərkən Züleyxa Seyidməmmədova “Şərəf nişanı” ordeni və qızıl saatla təltif olunur. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.
Moskvadan qayıtdıqdan sonra Züleyxa Seyidməmmədova təhsilini davam etdirməklə yanaşı həm də Bakı aeroklubunda təlimatçı kimi işləməyə başlayır. Həvəskar təyyarəçilik vaxtlarında çox şeyləri əxz edən Züleyxa artıq 700 saata qədər uçuş edir, qrup halında gecələr kor-koranə şəkildə uçmağı öyrənir, yüksək pilotaj fiqurları göstərir, yanı üstə uçuşlar edir. Artıq aeroklubda bölmə komandiri olan Züleyxa təlimatçılıq etdiyi üç il ərzində 75 təyyarəçi və 80 paraşütçü hazırlayır. Akademiyanın müdavimi olan, şturman fakultəsində yeganə qadın olan Züleyxanın əvvəl “Duqlas”larla, sonra isə orta bombardmanlar, uzağa və sürətlə uçan təyyarələrdə səfərə çıxmağa təlimlər almağa başlayır. Ölkənin ən güclü şturmanları Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənir. Qabaqda isə böyük döyüşlər onu gözləyirdi.
Müharibənin ilk günlərindəcə onların polku paytaxtın müdafiəsinə yollanır. Həmin günlərdə isə Züleyxa kommunist partiyasına üzv qəbul olunur və döyüşə əsl kommunist kimi gedir, müharibənin əvvəlindən sonuna kimi əsl qəhrəman kimi vuruşur. İkinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür. O dövrdə bir çox jurnallarda, qəzetlərdə mütəmadi olaraq Züleyxa Seyidməmmədovanın qəhrəmanlıqlarını əks etdirən məqalələr, şeirlər dərc olunurdu. Bütün bunlar müğənni Rəşid Behbudovun da nəzərindən yayınmır və onun müraciətilə görkəmli bəstəkar Tofiq Quliyev Züleyxa haqqında mahnı bəstələyir. Rəşid Behbudovun Moskvaya qastrol səfəri ərəfəsində hazır olan mahnı elə müğənninin öz istəyilə rus dilində Tofiq Quliyevin öz müşayiəti ilə lentə alınır. Sonradan isə vala yazılan bu mahnı yüksək tirajla satılır. 1938-ci ildə Züleyxa institutu mühəndis-neftçi ixtisası üzrə bitirir. Lakin uçmaq həvəsi daha güclü idi. Anası Mina xanımın (akademik Mir Əsədulla Mirqasımovun bacısı-R.S.) narazılığına baxmayaraq, Züleyxa Moskvaya, Jukovski adına Hərbi Hava Akademiyasına məktub göndərir. Oradan “qadınlar şturman fakültəsinə qəbul olunmur” cavabını alır. Ancaq ruhdan düşmür. O, arzusunu həyata keçirmək üçün atasının məsləhəti ilə Mir Cəfər Bağırovun qəbuluna gedir. Hərbi Hava Akademiyasına daxil olmaq üçün bu dəfə Mərkəzi Komitənin adından göndərilənməktuba razılıq gəlir. 1938-ci ilin avqustunda sınaq imtahanları verərək SSRİ aviasiya kadrları hazırlayan ən mötəbər elm və təhsil ocağının şturman fakültəsinə qəbul olunanlar içərisində yeganə qız Z.Seyidməmmədova idi. Akademiyada oxuyarkən 1969-cu il dekabrın 19-da Züleyxa Moskva şəhər sovetinə deputat seçilir və Sov.İKP sıralarına daxil olur .
1946-1952-ci illərdə məsul komsomol və partiya vəzifələrində çalışmışdır. 1952-ci ildə Mərkəzi Komitənin birinci katibi Züleyxa Seyidməmmədovanı yanına çağırır. Onun ictimai sosial təminat naziri təyin olunduğunu bildirir. Züleyxa xanım həm də Sosial təminat naziri postunda çalışan ilk qadın nazir olub. 1952-ci ildən 1975-ci ilə qədər fasiləsiz olaraq nazir vəzifəsində çalışan Züleyxa xanım fəaliyyəti dönəmində bacardığı qədər insanlara yardım edib.
1952-ci ildə Z.Seyidməmmədova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan SSR ictimai təminat naziri təyin olunur. İyirmi ildən artıq (1952-1974) fasiləsiz olaraq bu vəzifədə çalışan Z.Seyidməmmədova fəaliyyəti dövründə bacardığı qədər insanlara yardım etmiş, xalqın rəğbətini qazanmışdır.
Bu çətin və xeyirxah işlə məşğul olmaqla yanaşı o, qiyabi olaraq Moskvada Ali partiya məktəbini (17 aprel 1953-cü il), Qırmızıbayraqlı Leninqrad Hərbi mühəndis Akademiyasını bitirmiş (28 noyabr 1957-ci il),onun Böyük Vətən müharibəsində qələbənin 25 illiyi ilə əlaqədar təyyarəçi rəfiqələri və 586-cı aviasiya alayının döyüş fəaliyyəti haqqında xatirələrindən ibarət “Təyyarəçinin qeydləri” (Bakı, 1969-cu il, rus dilində) və “Pensiya təminatında yeniliklər” (Bakı, 1973-cü il) kitabları nəşr olunmuşdur.
Milli Aərbaycan Tarixi Muzeyində 1963-cu ilin iyununda Moskvada Dünya qadınlarının konqresi zamanı Z.Seyidməmmədovaya Braziliya qadınlarının hədiyyə etdikləri boyunbağı və iki bilərzik , 1964-cü ilin martında Türkmənistan qadınlarının IV qurultayında iştirakı zamanı hədiyyə edilmiş bəzəkli taxtadan metal zəncirli medalyon,həmin ildə Rumıniyada olarkən hədiyyə edilmiş dəstəkləri rumın milli nəqşilə bəzədilmiş taxta qaşıq və çəngəl , 1965-ci ildə Vilnyusda qadınlar qurultayı zamanı bağışlanmış milli ornamentli toxunma kəmər, 1968-ci ildə Konqodan Bakıya gəlmiş qadınlardan ibarət nümayəndə heyətinin hədiyyəsi (göy rəngli pambıq parçadan şərf , 1972-ci ildə Azərbaycan qadınlarının IV qurultayının iştirakçıları olan vyetnamlı qadınların hədiyyəsi) vurulub salınmış Amerika təyyarəsinin qalıqlarından düzəldilmiş üzük qorunub saxlanılır. Döyüş orden və medalları ilə mükafatlandırılmış Z.Seyidməmmədova ictimai təminat naziri vəzifəsində ikən 1960-cı il martın 8-də Beynəlxalq qadınlar gününün 50 illiyi münasibətilə əməkdə və xüsusi məhsuldar ictimai fəaliyyətdə görkəmli nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə Lenin ordeni və 1967, 1971-ci illərdə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur.
1975-ci ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini işləmişdir.
Azərbaycan SSR Ali Sovetinin (2, 6, 7, 8-ci çağırış) deputatı olmuşdur.
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor