Qadin.NET / Parça, rəng, ornament

Parça, rəng, ornament

Parça, rəng, ornament

Qədim əlyazma, freska və miniatürlərdən əldə olunmuş məlumatlara əsasən parçanın ilk dəfə şumer xalqı tərəfindən yaradıldığı müəyyən olunmuşdur.

Parça- toxuculuq məmulatı olub hər bir xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Hələ qədim dövrlərdə parçalar öz müxtəlifliyi ilə fərqlənirdi. Onun istehsalında bitkilərdən (pambıq,kətan), heyvanlardan (yun,ipək) və minerallardan (neft) istifadə olunurdu. Parçaları bitki, həşərat və heyvanlardan alınan rənglərdən istifadə etməklə boyayırdilar.

Parça, rəng, ornament

Parça üzərində naxış və ya təsvir müxtəlif üsullarla- toxuculuq prosesində saplarla tikmə, aplikasiya, yaxud basma üsulu ilə yaradılır.

Azərbaycan Qafqazda ən qədim toxuculuq mərkəzlərindən biri kimi tanınır. Orta əsrlərdə Şuşa, Naxcıvan, Şəki, Şamaxıda, istehsal olunan pambıq, yun və ipək parçalar Azərbaycandan çox uzaqlarda da məhşur idi. O dövrdə geyimlərin hazırlanmasında Azərbaycanda istehsal edilən zərbaf, atlas, tafta, qanovuz, məxmər, darayı, məhud, kəşmir, tirmə və s. parçalardan, həmçinin bəzək elementi olan baftadan geniş istifadə olunurdu.
Parça, rəng, ornament

 Atlas-ipək saplarla toxunmuş, parlaq parçadır.

Məxmər-narın tüklü, yüngül, ipək səthə malik məxməri parçadır.

Mahud-qalın, bir qədər parlaq səthə malik yun parçadır.

Zərbaf-qızılı və gümüşü sapla toxunmuş naxışlı ipək parçadır.

Qanovuz-qalın ipək parçadır.

Parça, rəng, ornament


15 yanvar 2015
GO BACK