Qadin.NET / Elektron təhsil

Elektron təhsil

 İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli,səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Elektron dərslərin tətbiqi  müasir məktəblərdə, litseylərdə geniş vüsət almış və uşaqların maraq obyektinə çevrilmişdir.Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb oldu.Buna misal olaraq qeyd edə bilərik ki,hal-hazırda elektron kitabxanalar,elektron test sistemi,elektron təhsil bugünki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiya əhatəsi daha da genişlənir və əlçatılmaz  obyektlər şagirdlərin canlı müşahidəsinə çevrilir. Ümumi desək,xəyal etdiklərimiz reallaşır. Önəmli olan bizim üçün reallaşan texnikanın  şagirdlərimizə göstərdiyi təsiri müəyyənləşdirmək daha məqsədəuyğundur. Elə isə gəlin birlikdə elektron dərslərin müsbət və mənfi cəhətləri ilə tanış olaq:

Müsbət cəhətlər:

Şagirdlərdə kompüter bacarıqlarını formalaşdırır.

Əyani vəsaitlər mövzunu sonradan xatırlamağı və yadda saxlamağı asanlaşdırır.

Rəngarəng, görüntülü dərslər şagirdlərin marağını çəkərək, diqqətini yalnız buraya cəmləyir.

Sinfə gətirilə bilməyən, yaxud tapılmayan əyani vəsaitləri asanlıqla müəyyənləşdirmək olur.

Mənfi cəhətləri:

Hazır materiallardan istifadə edildiyi üçün yaradıcı təxəyyül inkişaf etmir.

Mövzunun slaydlarla izah olunması sinifdə passivlik yaradır.

Qavraması və öyrənməsi yüksək olan şagirdləri bu metod tez yorur.

Tənbəlliyin təməli qoyulur.

Beynin inkişafını lazımı səviyyədən geridə qoyur.

Əzizlərim, sizin elektron təhsilə olan münasibətinizi bilmək istərdim. Sizcə, məktəblərdə bu tədris metodikası vacibdirmi və əlverişli bir metoddurmu?

8 mart 2013
GO BACK