İlk qadın məcmuəsinin naşiri
XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.
22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.
Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.
Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.Şahtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.
Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunub və bu müddətdə 68 nömrəsi işıq üzü görüb.
1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.
http://www.anl.az/down/meqale/medeniyyet/2017/fevral/526437.htm
XƏBƏR LENTİ
Çox ləzzətli qozlu piroq(foto resept)
İstilər qayıdır
2020-ci ilin sağlamlıq QOROSKOPU
Kirli ticarət məktəbli çantalarını necə şişirir?
Oğlan sevgilisinin xəyatını xilas etdi
5 qardaş birləşib "Lamborghini" istehsal etdi -FOTO
Məktəblinin bu addımı hər kəsi duyğulandırdı - VİDEO
Azərbaycanlı atlet Türkiyə yığmasına 2 qızıl medal qazandırdı
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Şəraiti dəyərləndirməyi bacaran insanlar
Facebook-dan mükəmməl yenilik
Böyük sinə qadının həyatını cəhənnəmə çevirib - FOTO
Türkiyədən Azərbaycana uçan təyyarələrdən nə xəbər?
Sorğu: "Qara yanvar" xalqın qəhrəmanlıq tarixidir
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Nazirlik: "Azərbaycanda tələbələr təhsillərini normativ müddətdən tez başa vura bilmirlər"
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Həftə sonu hava belə olacaq
Selena Gomez artıq çəkiləri ilə gündəm olub-FOTO
İşgüzar xanımların seçimi
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Bella Bekhemin başına bəla oldu-FOTO
Cennifer Lopez FOTOsu ilə 8 milyonun diqqətini cəlb etdi
Dəmir yol xətti ətrafında təhlükəli vəziyyət
Azərbaycan Böyük Britaniyaya nota verdi
Monika Belluçi yeni imicdə heyran etdi-FOTO
Kitab fərqli dünyalara açılan qapıdır!
Dünyanın ən böyük külək elektrik stansiyası inşa edildi
Göz rənginə görə necə insansınız?
Dəbli geyim nümunələri
Tuba Büyüküstün gənc qalmaq üçün nə edir?
Uşağı kimə verməli?
Cavabsız suallar...
Ermənistanda hərbidən yayınmağın “unikal” üsulu: Saxta koronavirus arayışı alırlar
Hərəkət - həyat deməkdir
Quldurla vidalaşma və ya oğru iqtidarın saxta tərifləri
Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir
Günün ulduz falı
Bakı bu qış qar görəcək?
Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - RƏSMİ
Lobya salatı (foto-resept)
WhatsApp trafik qazandırır
Putin: “Postsovet ölkələrinin işinə qarışmayın”
Azərbaycan təhsilində yenilik: Orta məktəblər ali məktəblərlə birləşdiriləcək
Bütün Dünya Bu qızdan danışır-SƏBƏB/VİDEO
Qızıl 3 dollardan çox bahalaşıb
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
Məşhur cütlük BOŞANDI-FOTO
Aparıcısı öz toyunda xəbər büllütenini təqdim etdi
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
- ŞƏRHLƏR