Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraq Ada Lavleys (10 dekabr 1815-ci il London -27 noyabr 1852 London)-ingilis riyaziyyatçısıdır.Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.Dünyada ilk proqramı tərtib etmişdir (bu maşın üçün).<<Tsıkl>>,<<İşçi özək>> terminlərini tətbiq etmiş,ilk proqramçı hesab olunur.
10 dekabr 1815-ci ildə doğulub,Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi.Anna İzabella Bayron özünün ən yaxşı ailəvi günlərində riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona <<Paraleloqramlar şəhzadəsi>> ləqəbi verilmişdi.İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra 21 aprel 1816-cı ildə görür və rəsmi boşanma kağızı ilə arvadından boşanır və ömrünün sonunadək İngiltərəni tərk edir.
Qızcığaz Bayronun eşqbazlıq etdiyi güman olunan ögey bacısının şərəfinə Oqasta (Avqusta) adlandırılır.Ayrıldıqdan sonra qızın anası və anasının valideynləri heç vaxt onu belə səsləmədi və onu Ada deyə çağırmağa başladılar.Həmçinin,ailəvi kitabxanadan da onun atasının bütün kitabları müsadirə olunmuşdu.
Ana yeni doğulmuş körpəni valideynlərinə təhvil verərək sağlamlaşma mərkəzinə gedir.Ancaq uşağı tərbiyə etmək mümkün olduğu zaman o qayıdır.
Missis Bayron Ada üçün özünün keçmiş müəllimi –şotland riyaziyyatçısı Oqastes De Morqanı dəvət edir.
O bir zamanlar “Səma mexanikası haqda traktat”adlı əsərin müəllifi fransız astronom və riyaziyyatçı Pyer Simon Laplasla vaxtını keçirmiş Merri Sommervillə evli idi.Məhz Merri tərbiyə alan bir qız üçün tərbiyəçi modeli seçilmişdi.
17 yaşı olanda o evdən kənara çıxmaq hüququ alır və ilk dəfə olaraq kral və kraliçaya təqdim olunur.Çarlz Bebbic adını isə o ilk dəfə nahar stolu arxasında Merri Sommervil tərəfindən eşidir.Üzərindən bir neçə həftə keçmiş ilk dəfə olaraq o Çarlz Bebbiclə görüşür,görüş zamanı Bebbic yarım əsr ondan əvvəl İsaak Nyuton fəaliyyət göstərdiyi Kembric universitetinin riyaziyyat kafedrasında professor idi.Az sonra miss Bayron o dövrün görkəmli şəxsiyyətləri :Maykl Faradey,Devid Brüster,Çarlz Uitston,Çarlz Dikkens və digərləri ilə tanışlığa müvəffəq olur.
Öz vəzifəsinin icrasına başlamazdan bir neçə il əvvəl Bebbic 20 rəqəminə qədər hesabı dəqiqliklə aparan loqarifm maşının (dünyada ilk kompüter sayılır) təsvirini verib qurtarmışdı.Ling vasitəsi ilə hərəkət gətirilən çoxsaylı val və çarxlardan ibarət bu maşının çertyoju artıq baş-nazirin masası üzərində olur.
1823-cü ildə <<Bebbicin böyük silsiləli maşını>>adlanan və yer üzərində ilk kompyuter hesab olunan bu maşının tikintisi üçün ilk dəfə subsidiya verilir.Tikinti-quraşdırma işləri 10 il davam edir və getdikcə maşının konstrusiyası daha da mürəkkəbləşirdi,1833-cü ildə finanslaşdırma (pul ilə təmin etmə) dayandırılır.
1835-ci ildə miss Bayron tezliklə Lavleys fəxri adının varisi olacaq Kinqin 8-ci baronu (qrafdan kiçik zadəgan rütbəsi) 29 yaşlı Uilyam Kinqə ərə gedir.Onları 4 il ərzində 3 övladı dünyaya gəlir:12 may 1836-ci il təvəllüdlü Bayron, 22 sentyabr 1837 təvəllüdlü Anabella (Ledi Enn Blyun) və 2 iyul 1839 –cu il təvəllüdlü Ralf Qordon.Nə əri nə də ki,3 uşaq Adaya özünü əsas vəzifəsi adlandırdığı bu işə böyük həvəslə həsr etməsinə mane olmadı.Evlilik hətta onun işini daha yüngülləşdirdi belə ki,Lavleys xəzinədarlığı onun əsas finans mənbəyi idi.
1842-ci ildə italyan alim Luici Menabreya bu analitik maşınla tanış olur bu kəşfdən heyrətə gəldiyini gizlətmir və ilk dəfə olaraq bu maşının müfəssəl yazılı təsvirini verir.Məqalə fransız dilində dərc olunur və məhz Ada Layleys onu ingilis dilinə tərcümə etməyi öz öhdəliyinə götürür.Sonradan Bebbic Adaya mətnə daha müfəssəl şərhlər əlavə etməyi təklif edir. <<Bebbicin analitik mühərriki>>,Ada yazırdı-<<Cəbri ifadələri,Cakkardın gül və yarpaqları parça üzərinə tikən dəzgahı kimi dəqiqliklə tikir>>.Məhz bu şərhi müasir sivilizasiyanı Ada Layleysi planetin ilk proqramçısı adlandırmağa əsas verir.Əlavə olaraq Ada Bebbicə maşın üçün maye üzərində enerjinin saxlanma qanunu ifadə edən Bernulli tənliyini həll etmək üçün plan hazırladığını bildirir.
Bebbicin məlumat mənbələrində və Adanın şərhlərində proqramaltı,proqramaltı kitabxana, göstərişlər modifikasiyası (şəkil dəyişdirmə), registr (müxtəlif maşın və cihazlarda tənzim qurğusu) indeksi kimi elə anlayışlar işlətmişlər ki,onlar yalnız XX-əsrin 50-ci illərində işləməyə başlamışdı.<<Kitabxana>> terminin özü Bebbic tərəfindən daxil edilmiş, <<Tsıkl>>,<<İşçi özək>> terminləri isə Ada Lavleys tərəfindən təklif olunmuşdu.Onun bu sahədə gördüyü işlər 1843-cü ildə dərc olunmuşdu.Lakin həmin dövrdə bir qadın üçün əsərlərini öz bütöv adı ilə təqdim etməsi ədəbli hesab olunmurdu və bu səbəbdən Lavleys müəllifin adı və yeri göstərilən səhifədə öz inisialını (ad və ata adının baş hərflərini) daxil edir.Buna görə də onun riyaziyyat sahəsində gördüyü işlər digər alim qadınların gördüyü işlər kimi tezliklə unuduldu.
Ada Lavleys uşaqlıq (yumurtalıq) xərçənginin müalicəsi zamanı daxili qanaxma səbəbi ilə (onun atası da daxili qanaxmadan vəfat edib) 27 noyabr 1852-ci ildə vəfat edir və Nottinqempşirdə Bayronlar sərdabəsində ömür boyu tanımadığı atasının yanında dəfn olunur.
1975-ci ildə ABŞ Müdafiə Nazirliyi universal proqlaşdırma dilinin işlənib hazırlanması haqqında qərar qəbul edir.Müdafiə naziri katiblər tərəfindən hazırlanmış ekskursla tanış olur və gələcək proqramlaşdırma dilinin <<Ada>> adlandırılması barədə təkliflə şübhəsiz olaraq razılaşır və bu qərar qəbul olunur. 10 dekabr 1980-ci ildə bu standart proqramlaşdırma dili təsdiq olunur.Beləliklə hər il dekabr ayının 10-da Ada Avqusta Lavleysin ad günündə dünyanın bütün proqramçıları öz peşə bayramlarını qeyd edirlər.
XƏBƏR LENTİ
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO
Tarixə təkzib teleqramı
Stress və onun öhdəsindən gəlmə üsulları
Zərərsiz kontakt linzaları yaradılıb
Naxçıvanda zəlzələ oldu
Çörəklə bağlı rəsmi açıqlama
Azərbaycanda daha 7 nəfər koronavirusdan öldü – 590 yeni yoluxma
Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra
2018/19 Payız - Qış aksesuar trendləri
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Revmatizm üçün sınanılmış üsul
Axmaqlar bir-birini cəlb edir...
Məşhur aktrisa Beren Saatın BOŞANMASIndan danşdı
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
"WhatsApp"-da YENİLİK!
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı
Con Frenç Sloanın rəsmləri (3)
Azərbaycanın dirçəlişi
Azərbaycanda bəzi insanlara xəbərdarlıq: həyəcanlanma yuxarı səviyyədə olacaq
Məşhurların tanınmayan nəvələri
Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı
"Miss Brazil-2019" seçildi-FOTO
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
Malayziyanın itmiş təyyarəsindən xəbər var
Şəkər haqqında gələn xəbərlər
İş axtaranlara şad xəbər
Elmə məlum olmayan heyvan tapıldı
Beş yaşlı Samirin 26 barmağı var - FOTO
İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq
"Çılpaq" tort (foto resept)
Bu qadın 21 -ci övladını dünyaya gətirdi-FOTO
Qızıl payız
2019-un bahar dəbi
Deniz Çakır hakim qarşısına çıxdı
Notbuk istifadəçilərinə şad xəbər
Uzun gecənin 35 illik həsrəti
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
Bu serialın da çəkilişləri dayandırıldı
Qeyri adi ayaqqabılar
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Ronaldu Corcinaya evlilik təklif etdi
BÜRCLƏR bizə nə vəd edir?-27 Sentyabr
Barak Obamanın BOŞANMA xəbəri yayıldı
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
Evinizi qarışqalardan qoruyun
Möcüzə enerji-3
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
- ŞƏRHLƏR