Avropadakı bir universitetdə rəsmi vəzifədə çalışan ilk qadın olan Bassinin Nyutonun düşüncələrinin İtaliyada yayılmasında böyük köməyi olmuşdur. Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi.
Bassi 13-20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi.
Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra XIV Papa Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur.
1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır.
Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir. Bu, çox radikal bir addım idi, Bassi Avropa universitetində rəsmi olaraq ilk qadın müəllimə idi. Doktorluq dərəcəsi isə bir qadına verilmiş ikinci doktorluq idi (Birincisi Yelena Kornaro Lukresiya Piskopiyaya aid idi.)
Doktorluq diplomu Bassiyə böyük məclisdə təqdim edilir. Mərasimdə dəfnə yarpaqları ilə bəzədilmiş gümüş tac Bassinin başına qoyulur, barmağına doktor üzüyü taxılır. Bundan başqa, Bassinin şərəfinə xatirə medalı həkk olunur.
Gördüyü böyük hörmət və fəlsəfə sahəsinə təyin edilməsinə baxmayaraq, iki il sonra Bassinin təhsil vermə imkanları məhdud idi. Onun oğlan tələbələrlə dolu sinifdə dərs deməsi uyğun görülmürdü. Bu səbəblə o, sadəcə qadınların çağırıldığı və xalqa açıq toplantılarda dərs verə bilirdi.
1738-ci ildə Bassi alim Cüzeppe Veratti ilə ailə qurur və cütlüyün 8 övladı olur. Ailə qurduqdan sonra Bassi bir müddət evdə dərs verməyə davam edir. Sonra hamilərinin köməyi ilə daha yüksək əməkhaqqı almaqla universitetə qayıtması üçün razı salınır. Beləcə, evində laboratoriya qurmaq imkanı əldə edir. Bassi və həyat yoldaşı bu laboratoriyada birlikdə elektrik təcrübələri keçirirlər. 1760-cı ilə qədər Bassinin aldığı əməkhaqqı universitetdəki digər professorların aldığı əməkhaqqından daha yüksək idi.
Bassinin adı artıq akademya əhatəsində genış yayılmışdı. Bioqraflardan biri onun üçün "Boloqnada Bassinin təlimçi danışıqlarını dinləməyən kimsə qalmamışdı" demişdi. Müasirləri arasında fransız filosofu Volter də vardı və 1744-45-ci illərdə Bassi Volterin Boloqna Elmlər Akademiyasına üzv olmasına kömək etmişdi.
Bu illərdə XIV Papa Benedikt 25 elm adamından ibarət Benedettini kimi tanınan bir qrup yaradır. Bessi də bu qrupun üzvü olmağa cəhd edir. Qrup üzvləri ona fərqli reaksiyalar veririlər. Nəticədə Bessinin çəhdləri uğurla nəticələnir və Papa onu da qrupa qəbul edir. Bu vəziyyət nəinki ona əlavə gəlir gətirir, eləcə də bir çox iş fürsəti yaradır. 1746-cı ildən 1776-cı ilə qədər Bessi hər il Benediktin akademiyasında elmi təqdimatlar edir.
Həyatının sonrakı mərhələsində Bessi fizikadakı təcrübələri ilə mexanika, hidravlika, elastiklik və qazların xüsusiyyətləri ilə bağlı araşdırmaları və dərsləri ilə şöhrət qazanır. 1776-cı ildə həyat yoldaşı ilə birlikdə fizika təcrübə sahəsinə təyin edilir. İki il sonra vəfat edir. Həyatı boyunca əldə etmiş karyerası da sona çatır, elm dünyasında qadınlar üçün əhəmiyyətli bir qapı açmış olur.
Bassi Avropada universitet üzrə rəsmi vəzifə tutan ilk qadın kimi xatırlanır. Ancaq onun elmi araşdırmaları daha öndə dayanırdı. Onun əsl maraq dairəsi məşhur fizik və riyazıyatçı Nyutonun çalışmaları idi. O, İtaliyada Nyutonçu naturalist fəlsəfəsini öyrədən ilk elm insanı olub.
Bassi Nyuton fizikası ilə bağlı 28 il dərs verdi. O, karyerası boyunca elmin müxtəlif sahələrində tədqiqatlar aparıb. Əsasən fizika və hidravlika sahələri üzrə 28 məqaləsi dərs edilmişdir. Bu məqalələr təhsilə böyük köməklik göstərmişdir.
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR