Qadin.NET / Ailə zorakIığının formaları

Ailə zorakIığının formaları

Ailə zorakIığının formaları


Zorakılar adatən qurbanlarına qarşı müxtəlif məcburedici və təhqiredici davranış formalarından istifadə edirlər. Zorakıların istifadə etdikləri bəzi təhqiredici davranışlar fiziki zədə ilə nəticələnir. Zorakıların istifadə etdikləri digər üsullar isə mənən təhqiredici olur.
Baxmayaraq ki, həmin davranış fiziki zədə ilə nəticələnmir, lakin bu zorakının qurbanına psoxoloji zədə yetirir. Zorakılar müxtəlif vaxtlar müxtəlif təhqiredici davranış formalarına əl atırlar. Hətta xırda bir fiziki zor və ya bu cür zorakılığın istifadəsi təhdidi tərəf müqabilinin üzərində hökmün və nəzarətin bərqərar olunmasına kifayət ola bilər. Bu hökm və nəzarət sonradan qeyri-fiziki təhqiredici və məcburedici davranışla möhkəmləndirilir.


Ailə zorakılığı fiziki, cinsi zorakılıq, iqtisadi nəzarət və psixoloji hücuma (buna gücdən isitfadə etmək təhdidi, fiziki zədə, əmlaka və ya ev heyvanlarına hücüm etmək, eləcə də hökm sürmək üçün digər qorxu, emosional zədə, təcrid və uşaqlardan təsiredici vasitə kimi istifadə yollarına aid edilir) şamil edilə bilər. Belə hallar yaxınlıq münasibətləri zamanı baş verdiklərinə görə təhqirin bir çox növləri adətən zorakılıq kimi qəbul olunmur. Dünyanın bir çox yerlərində ər-arvad münasibətlərində zorlama cinsi hücum kimi hesab edilmir. Buna səbəb, ərin öz arvadı ilə cinsi münasibətlərin qurulmasına haqqı olması hesab edilir. Son zamanlar güdmə (təqib) qurbana qarşı zorakılıq forması və ciddi təhdid kimi qəbul olunmağa başlanmışdır.


Güdmə incitmə və ya təhdidedici davranışın nümunəsidir. Bu cür davranış özünə aşağıdakıları daxil edir: bir şəxsin güdülməsi, kiminsə evində və ya iş yerində peydə olması, telefon zənglərinin edilməsi, məktub və ya əşya/hədiyyələrin qoyulması, email-lərin (elektron məktubların), faksların və ya məktubların göndərilməsi, eləcə də bir şəxsin əmlakının dağıdılması. Güdmə çox vaxt ciddi zədələrə, hətta qurbanın ölümünə də gətirə bilər.

Güdənlərin əksəriyyəti kişi, güdülənlərin isə qadınlar olurlar. Baxmayaraq ki, tanış olamayan şəxslərin güdülməsi də baş verir, lakin əksər hallarda güdən və onun qurbanı bir-birini tanıyırlar. Güdən və onun qurbanı çox vaxt hal-hazırki və ya keçmiş sevgi tərəfdaşları olurlar. Qadınlar təhqir edənləri tərk edib və ya tərk etmək cəhdlərindən sonra tez-tez keçmiş tərədaşları tərəfindən təqib edilir.


Bu cür davranışın “güdmə” kimi adlandırılmasının bir çox faydası var. Birinci növbədə deyilməlidir ki, güdmə yalnız nəticələndiyi hücum deyil, bu zorakılığın bir formasıdır. Zorakı onun keçmiş tərəfdaşını qorxutmaq və məcbur etmək üçün zəng vurmaq və ya iş yerində peydə olmaq kimi xüsusi tədbirlərə əl atır. Bundan əlavə “güdmə” termini tez-tez ciddi və ya faciəli hücumlara gətirib çıxaran davranış nümunəsi kimi müəyyən edilir. Davranış nümunəsinin müəyyən edilməsi öz növbəsində törədiləcək hücumun qarşısının alınması üçün görülən tədbirlərdə öz faydasını göstərə bilər. Üçüncüsü, bu cür davranış nümunələrinin izah edilməsi onların ciddi olmalarının açıqlanmasına kömək edir. Fərdi olaraq, güdməni növü olan telefon zəngləri nisbətən xətərsiz hərəkət kimi görsənə bilər. Halbuki, bütövlükdə bu qurbana qarşı ciddi təhdidə işarə ola bilər.

ABŞ-ın Dulut şəhərində yerləşən Ailə Zorakılığına Müdaxilə Layihəsi “Hökm və Nəzarət çarxı (çevrəsi)” adlanan diaqramı tərtib etmişdir. Həmin diaqram zorakılar tərəfindən qurbanları üzərində hökm sürmək və onları nəzarət altında saxlamaq üçün istifadə etdikləri müxtəlif davranışları müəyyən edir. Bu çarx zorakıların çox vaxt istifadə etdikləri fiziki və cinsi zorakılıq, eləcə də qorxutma, məcburetmə və manipulyasiya taktikaları arasında münasibəti göstərir.

14 fevral 2009
GO BACK