Qadin.NET / Dövlət rüsumları - 3

Dövlət rüsumları - 3

Bildiyiniz kimi, bir neçə müddətdir sizə  Dövlət Rüsumları haqqında geniş məlumatlar təqdim olunur. Bu dəfə bu rüsumların dəqiq qiymətlərini diqqətinizə çatdırıram.

18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:

18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün—10 manat, hər artan il üçün—7 manat artırılmaqla;

18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün—7 manat, hər artan il üçün 6 manat artırılmaqla;

18.61.3. digər bitkilər üçün—9 manat, hər artan il üçün 6 manat artırılmaqla.

18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:

18.62.1. ekspertiza üçün—25 manat;

18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün—10 manat;

18.62.3. attestasiya üçün—10 manat.

18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:

18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat;

18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 7 manat.

18.63. İnteqral sxem topologiyası sahəsində:

18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün—5 manat;

18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün—7 manat.

18.64. Məlumat topluları sahəsində:

18.64.1. xüsusi qoruma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün—5 manat;

18.64.2. xüsusi qoruma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün—7 manat.

18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.65.2.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

18.65.3.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün—20 manat;

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün—5 manat

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi — 15 manat;

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsi — 18 manat;

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi — 15 manat;

18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi — 5 manat;

18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması — 5 manat;

18.66. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) — 5 manat;

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) — 5 manat;

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) — 50 manat.

18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) — 50 manat;

18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) — 3 manat;

18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.3.1. Bir poçt göndərişinə (dəst) — 20 qəpik

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) — 1 manat

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

12.1. Nikahın qeydə alınması üçün:

5 manat

12.2. Nikahın pozulmasının qeydə alınması üçün:

 

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;

6 manat

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

11 manat

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdirsə.

2 manat

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.

3 manat

12.4. Doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.6. Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr üçün

11 manat

12.7. Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün

11 manat

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

14.1. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.1.1. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

120 manat

14.1.2. beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə

40 manat

14.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

11 manat

14.3. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:


14.3.1. üç iş günü müddətində verildikdə

5 manat

14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə

1 manat

14.4 Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə.

3 manat

14.5. Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə.

2 manat

14.6. Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə.

3 manat

14.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici pasportlarının və ya onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydə alınması müddətinin uzadılmasına görə.

6 manat

14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. 3 ayadək

30 manat

14.8.1.2. 6 ayadək

60 manat

14.8.1.3. 1 ilədək

120 manat

14.8.1.4. tələbələr üçün illik

40 manat

14.8.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

300 manat

14.9. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə.

10 manat

14.10. Azərbaycan Respublikası vətəndaşlarının (eləcə də keçmiş SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə.

2 manat

14.11. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

6 manat

14.12. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması haqqında vəsiqə verilməsinə görə.

10 manat

14.13. İtirilmiş xarici pasportların və ya onu əvəz edən sənədlərin yenidən verilməsinə görə.

şərti maliyyə vahidinin 5,0 misli

14.13. Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə.

6 manat

14.14. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrdən.

110 manat

14.15. ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15.1. 1 ayadək

30 manat

14.15.2. 1 aydan 2 ayadək

60 manat

14.15.3. 2 aydan 3 ayadək

90 manat

Fikirləriniz üçün minnətdaram Sizə...
25 avqust 2011
GO BACK