Qadin.NET / Cəzanın anlayışı, məqsədi və növləri

Cəzanın anlayışı, məqsədi və növləri

Əziz xanımlar!! Yəqin ki, sizində  Gəncə şəhərində baş verən ağır cinayət barədə xəbəriniz var. Amma ola bilsin bu haqda məlumatı olmayanlar var və mən istərdim  bu hadisə haqqıda məlumat verim.

26.03.2011 ci il tarixində himayəsində 1.5 yaşında bir (qız) ovladı və 7 aylıq (oğlan) hamilə xanıma kəsici və deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilərək  həyatına olduqca qəddarcasına son qoyulub. Xoşbəxtlikdən 1.5 yasındakı körpə baş verən hadisədə heç bir xəsarət almayıb.

Səbəb kimi ilkin ehtimal olaraq  tamah məqsədi ilə hadisənin baş verməsi bildirilir .

Allahdan Turanə xanıma və onun körpəsinə rəhmət diləyirəm.

Allah rəhmət eləsin!!!

Ona görədə bu xəbəri Sizə təqdim etməyi özümə borc bildim..

Ümid edirəm ki, qatilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz aşağıda qeyd olunan maddəsi tətbiq olunacaq..

 

CƏZANIN ANLAYIŞI,

MƏQSƏDİ VƏ NÖVLƏRİ

Maddə 57. Ömürlük azadlıqdan məhrum etmə

57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və bəşəriyyət əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək  altmış beş yaşı çatmış kişilərə təyin edilmir.

57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun cəzanı çəkdiyi müddətə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzaddan şərti olaraq vaxtından əvvəl azd edə bilər.

57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə ilə cəza növü on beş ildən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

 

Xahiş edırəm bu haqda öz fikirlərinizi bildirin.

21 aprel 2011
GO BACK