Qadin.NET / Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər

Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər

ŞƏXSİYYƏTİN CİNSİ

TOXUNULMAZLIĞI VƏ CİNSİ

AZADLIĞI ƏLEYHİNƏ

OLAN CİNAYƏTLƏR

 

Maddə 150. Seksual xarakterli zorakılıq hərəkətləri

 

150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya  zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə--

 

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

150.2. Eyni əməllər:

150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

150.2.3. təqsirkar ücün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə;

150.2.5. təkrar törədildikdə--

 

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

150.3. Eyni əməllər:

150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin immunçatışmamazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə---

 

səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

QEYD: Qanuna hamı əməl etməlidir!

 

 

 

15 aprel 2011
GO BACK