Insan hüquqları nədir?
Əgər insanın cəmiyyət üçün işləməsinə, yaşamasına şərait yaradılırsa, əgər heç bir qarşılıqsız, ödənişsiz insana istədiyi qədər təhsil almaq imkanı yaradılırsa, insana səhiyyə, iş, mənzil hüquqi verilirsə bu-insan hüquqlarıdır. Iqtisadi cəhətdən azad insan digər hüquqları onsuzda alacaq.
Beynəlxalq hüquq nədir?
Ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan aılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.
Bəs o zaman Beynəlxalq hüququn normaları nədir?
Beynəlxalq hüququn normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydaya deyilir.
Beynəlxalq hüququn məcəlləşməsi nədir?
Daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədi ilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir.
Hüquqi şəxs nədir?
Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uygun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisisə və təshkilatlar nəzərdə tutulur. (MMC, ASC, QSC)
Fiziki şəxs nədir?
Azərbaycan Respublikası vətəndaşı, habelə əcnəbi və vətandaşlığı olmayan başa düşülür.
QEYD- Hüquqi və ya Fiziki şəxsləri ayırmaq üçün Sizə çox asan bir variant-
Hər ikisinə aid olan VÖEN-ə diqqətlə baxın-
Hüquqi şəxlərə aid olan VÖEN 1 rəqəmilə bitir.
Fiziki şəxsə aid olan VÖEN ilə 2 və yaxud basqa rəqəmlə bitə bilər.
VÖEN 10 müxtəlif rəqəmlərdən ibarətdir.
VÖEN-i olan müəssisə Vergilər Nazirliyi tərəfindən təsdiq olmuş hesab olunur.