Qadin.NET / Qadınlara aid sosial fəaliyyət yerləri

Qadınlara aid sosial fəaliyyət yerləri

    Qadın dedikdə çox təəssüf ki, çoxları yemək bişirmək, uşaqlara baxmaq və s. düşünür. Qadınlar cəmiyyətimizin böyük hissəsini təşkil edir. Ancaq qadınların söz haqqı, sosial fəaliyyətləri çox azdır. Buna ya mintalitet bəhanəsi gətirilir, ya qardaş, ata və həyat yoldaşı tərəfindən icazə verilmir. Ancaq unutmayaq ki, qadınların da sosial fəaliyyətlər göstərməyə, əylənməyə haqqları var.

Sırf qadınlara aid Azərbaycanda nələrin olmağını istərdiniz?

Bu başlıq altında 200 qadın arasında sorğu keçirdim. Müxtəlif fikirlər var idi. Ən çox vurğulanan istəkləri sizinlə bölüşmək istəyirəm.

Qadınlara aid sosial fəaliyyət yerləri

Qadınlara aid sığınacaq evi

     Bəzi qadınlar sığınacaq evinin olmağını istəyirlər. Hansı ki, boşanmış, kimsəsi olmayan qadınların sığına biləcəyi bir məkan olsun. Onlara nəvaziş, qayğı göstərilsin.

Qadınlara aid sosial fəaliyyət yerləri

Xüsusi qurumlar

     Çox sayda qadın uşaq evini 18 yaşında tərk etmək məcburiyyətində olan qızlar üçün xüsusi qurumların olmağını istəyir. O qurumlar ki, gənc qızlarımızı işlə, təhsillə, evlə və s. təmin etsinlər. Bu barədə çox təəssüf ki, ölkəmizdə irəliləyiş yoxdur. Gənc qızlarımızın böyük əksəriyyəti uşaq evini tərk etdikdən sonra başqa yollara düşmək məcburiyyətində qalırlar. Məhz bunun üçün həmin qızlara sahib çıxılması üçün qurumların olmağını istəyirlər. 

Qadınlara aid sosial fəaliyyət yerləri

İstirahət mərkəzləri

     Xanımlar sırf özlərinin və övladlarının istirahət edə biləcəyi məkanların olmağını istəyirlər. Burada işləyən personal belə qadınlardan ibarət olmadır. Burada həm qadınlar, həm də uşaqlar istirahət etməlidir. Hovuz, çay evi, müxtəlif əyləncə növləri və s. olmasını istəyirlər. 

Qadınlara aid sosial fəaliyyət yerləri

Xüsusi iş yerləri

     Qadınların əksəriyyəti həyat yoldaşları, qardaşları və ataları tərəfindən işləməyə icazə vermədiklərini açıqladı. Bunun üçündə sırf qadınlara aid iş yerlərinin olmağını istədiklərini vurğuladılar.

     Qeyd edim ki, belə iş yerləri hal-hazırda ölkəmizdə mövcüd deyildir.

Qadınlara aid sosial fəaliyyət yerləri

     Hal-hazırda ölkəmizdə bu cür fəaliyyətlər çox azdır. Buna görədə bir çox qadınlar sosial fəaliyyətlərdən uzaqdırlar. Bu qeyd etdiklərim sorğuda ən çox vurğulanan istəklərdir.

    Bu istəklərin ilk öncə uşaq evindən yaşları bitərək ayrılan qızlarımıza sahib çıxılmasını istərdim. Onların da digər qadınlar kimi ailə qurmağa, iş sahibi olmağa haqları var.

Əziz xanımlar siz bu barədə nə düşünürsünüz?  Qadınlar üçün nələrin olmağını istərdiniz?

18 noyabr 2013
GO BACK