I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
Maddə 17
1. Hər bir insanın həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ vardır.
2. Heç kəs özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz.
Maddə 18
Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və əqidəsini dəyişmək azadlığı və öz dininə və əqidəsinə təlim, ibadət, dini ayin və mərasimlər zamam təklikdə, və ya başqaları ilə birlikdə, aşkar, yaxud fərdi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad etmək azadlığı daxildir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideyinlərini saxlamağa borcludurlar.
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Dövlət vərəsəlik hüququna təminat verir.