Qadin.NET / "Qadınlıq qaydaları"

"Qadınlıq qaydaları"

"Qadınlıq qaydaları"

Azərbaycanda qadınların bir xeyli davranışları var ki, maskyulin mədəniyyətin onların üstünə qoyduğu rollardan, normalardan gəlir. Məsələn, öncələr (güman ki, indi də) bizim kəndlərdə qadınların bulaq başından səhəngdə su daşıması vardı.Əslində, başqa məntiqlə Azərbaycan kişisi qadının bu cür ağır işlə məşğul olmasına razı olmamalıydı. Ancaq, əslində, nə olurdu? Arvadının, qızının yerinə səhəngi götürüb su daşıyan kişi ələ salınmaq qorxusu ilə üzləşirdi. Niyə? Ona görə ki, evdə işlədilən su "ev işləri" kateqoriyasına düşürdü, qadına isə toplum "ev işlərini görmək" rolunu vermişdi. Bax, bu rol da paradoksal durum yaratmışdı: qadına ağır fiziki işləri yaraşdırmayan Azərbaycan mədəniyyəti "ev işləri" roluna görə səhəngdə su daşımağı yaraşdırırdı.

Sovet çağında çayxanada çay içən ərlər, tarlada qızmar gün altında pambıq yığan və ya kotman vuran arvadlar "Kirpi" dərgisində, dürlü qəzet yazılarında özümüz haqqında çoxlu tikanlı sör-söhbət doğururdu. Ancaq bilməliyik ki, qadının tarlada işləməsi onun iki ideyadan çıxan rolları yerinə yetirməsi ilə bağlı idi. Birinci ideyanı "qadın kişinin qulluğunda durmalıdır" deyimində, ikinci ideyanı isə "pambıq işi kişiyə yaraşmaz" sözlərində düsturlaşdırmaq olar.Bu deyilənlərdən sual çıxaraq:

Sizcə Azərbaycan qadını bu günkü gündə tam olaraq modernləşə bildimi? Yoxsa hələ uzun zaman gərək olacaq? fellow
19 fevral 2009
GO BACK