Qadin.NET / Əhalinin sağlamlığının qorunması haqqında

Əhalinin sağlamlığının qorunması haqqında

 

[hide]

Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə , onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardimla təminatma yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətən-daşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri.

Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıda-kılardır: əhalinin sağlamhğının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatıvə bu təminatla bağlıhüquqi və fıziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profılaktik tədbir-lərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşlarm sosial müdafıəsi.

Maddə 2. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi.

Əhalinin sağlamlığınm qorunması sahəsində Azərbaycan Res-publikasının qanunvericiliyi Azərbaycan Respublikasının Kons-titusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər 4 müvafiq qanunvericilik aktlanndan və Azərbaycan Respub-likasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;

- sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

- səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;

- dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;

- ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi;

- məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;

- əhalinin xüsusi qrupları üçün tibbi

- sosial yardım göstərilmə-sinə təminat verilməsi;

- dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;

- ailənin, valideynlərin və uşaqların mühafizəsi;

- səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçiril-məsi.

 ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASININ TƏŞKİLİ

Maddə 4. Dövlət səhiyyə sistemi Dövlət səhiyyə sisteminə

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir.

Maddə 5. Qeyri-dövlət səhiyyə sistemi

Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını xüsusi, o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, şəxsi tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.

Maddə 6. Tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi

Tibb müəssisələri qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilə və icarəyə verilə bilər.

Maddə 7. Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı

Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada aparılır.

Maddə 8. Əhalinin sanitariya-epidemioloji salamatlığı

Əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.

Maddə 9. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi

Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət səhiyyə sisteminin vəsaitləri:

səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazır-lanmasına və yerinə yetirilməsinə;

dövlət səhiyyə müəssələrinin maddi-texniki bazasınm inki-şafına;

müalicə-profilaktika və sanitariya - epidemioloji müəssisələrin saxlanılmasına;

güzəştli tibbi xidmətin göstərilməsinə;

tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasina;

tibb elminin inkişafına və tətbiqinə;

epidemiyaların aradan qaldırılmasına yönəldilir.

 SAĞLAMLIĞIN QORUNMASI SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN, ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQLARI

Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorun-maq və tibbi yardım almaq hüququ vardır.

Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı ol-mayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığın qorunması hüququ vardır.

Maddə 11. Sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə onların sorğularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Maddə 12. Vətəndaşların tibbi-sosial yardım almaq hüququ

Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir.

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər.

Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların, ayn-ayn şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.

Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.

İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ vardır.

Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.

Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin karantinlə əlaqədar müavinət almaq hüququ vardır.

Maddə 13. Vətəndaşların tibbi sığortası

Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir

Maddə 14. Dərman vasitələri ilə təminat

Əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması hüququ

Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işəgötürənin vəsaiti hesabına məcburi dövri tibbi müayinədən keçirlər 

Maddə 16. Əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları

Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə dövlət səhiyyə sisteminin müəssisələrində pulsuz məsləhətlər almaq və müayinədən keçmək hüququna malikdir. Uşaqlı ailələrin (ilk növbədə əlil uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır. 14 yaşına çatmayan xəstə uşağa qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa bir üzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.

Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquq-ları

Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

Maddə 18. Əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların hüquqları

Yetkinlik yaşına çatmayanların:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olun-maq;

sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq; peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq; büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi-sosial yardım almaq hüququ vardır.

Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatma-yanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial müdafiə sistemi müəssisələrində saxlanıla bilərlər.

Maddə 19. Əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları

Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olunmaq hüququ vardır. Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi-tibb hissə və müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

Maddə 20. Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqları

Təqaüdçülərin evdə, dövlət səhiyyə sisteminin müəssisələrin-də tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrin-də tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasın-da sosial sığorta və ya sosial müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.

Maddə 21. Əlillərin tibbi-sosial yardım almaq hüququ

Hllərə tibbi-sosial yardımın göstərilməsi qaydaları və bu sahədəki güzəştlər qanunvericilikdə müəyyənləşdirilir.

Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığın qorunması sahəsində hüquqları

Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunobioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətən-daşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanun-vericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.

Maddə 23. Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların tibbi yardım almaq hüququ

Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların tibbi yardım almaq, o cümlədən zəruri hallarda dövlət səhiyyə sisteminin müəssisələrində büdcə vəsaitləri hesabına tibbi yardımla təmin olunmaq hüququ vardır Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır. Azadlıqdan məhrum etməyə məhkum olunmuş qadınlar 3 yaşınadək uşaqlarını körpələr evinə verə-bilərlər. Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır. Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir.

 TİBBİ-SOSİAL YARDIM SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI

Maddə 24. Pasiyentin hüquqları

Pasiyentin:

təxirəsalınmaz tibbi yardım göstərilməsi hallan istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək;

sanitariya - gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;

stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;

tibbi yardım üçün müraciət faktmı, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxla-maq;

tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək;

tibbi müdaxilədən imtina etmək;

hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;

daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır.

Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Maddə 25. Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ

Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə Özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfındən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun Özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur.

Maddə 26. Təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri

Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Consilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.

Maddə 27. Tibbi müdaxilədən imtina edilməsi

Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır. Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatma-yanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün səhiyyə müəssisələri məhkəməyə müraciət edə bilərlər.

Maddə 28. Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi

Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunma-dan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım {tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir. Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir. Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır. Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. . Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır

 AİLƏNİN PLANLAŞDIRILMASI VƏ İNSANIN REPRODUKTİV FUNKSİYALARININ TƏNZİMLƏNMƏSİ

Maddə 29. Süni mayalanma və embrionun implantasiyası

Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 30. Hamiləliyin süni surətdə pozulması

Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik, müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.

Maddə 31. Tibbi sterilizasiya

Tibbi sterilizasiya insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilir. Tibbi sterilizasiyaya dair göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və dövlət, yaxud qeyri-dövlət tibb müəssisələrində aparılır. Tibbi sterilizasiyanın qeyri-qanuni aparılmasına görə təqsirli olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

VƏTƏNDAŞLARA TİBBİ-SOSİAL YARDIMIN HƏYATA KEÇİRİLMƏSİNƏ ZƏMANƏTLƏR

Maddə 32. İlkin tibbi-sanitariya yardımı

İlkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növüdür. Bu xidmətə:

geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlən-mələrin və digər təxirəsalınmaz yardım tələb edən xəstəliklərin müalicəsi;

sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası;

ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxildir.

İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunur. Qeyri-dövlət səhiyyə sisteminin müəssisələri əhaliyə ilkin tibbi-sanitariya yardımının göstərilməsində iştirak edə bilərlər. İlkin tibbi-sanitariya yardımının göstərilməsi qaydası müvafiq icra hakİmiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım

Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaraq təcili yardım tibb müəssisələri, eləcə do qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur. İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar -aviasiya xidməti tərəfindən təşkil edilir. Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edİlir. Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq üçün tibb işçisi hər hansı nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əmək-daşlan zərərçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar.

Maddə 34. İxtisaslaşdırılmış tibbi yardım

İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfındən göstərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 35. İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericilikdə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar. İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların bəzi kateqoriyaları üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətində iş yerləri saxlanılır və qanunvericilikdə müəyyən edilmiş digər güzəştlər nəzərdə tutulur. Göstərilən tibbi-sosial yardımın növləri və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 36. Yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi

Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və dezinfeksiya vasitələrindən, immunobioloji preparatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə edilir. Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, dərman vasitələrindən pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə edilə bilər.

Maddə 37. Biotibbi tədqiqatların aparılması qaydaları

Keçirilmiş laboratoriya eksperimentinin nəticələrinə əsaslanaraq dövlət və qeyri-dövlət səhiyyə müəssisələrində biotibbi tədqiqatların aparılmasına icazə verilir. İnsanın obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb olunması yalnız onun razılığı ilə aparıla bilər. Biotibbi tədqiqata razılıq alındıqda müayinənin məqsədləri, kənar təsirləri, baş verə biləcək risk dərəcəsi, müddəti və nəticəsi barədə vətəndaşa məlumat verilməlidir. Tədqiqatın mərhələsindən asılı olmayaraq vətəndaşın istənilən vaxt ondan imtina etmək hüququ vardır. Müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının, dərman vasitələrinin kütləvi informasiya vasitələri ilə təbliği qadağandır.

Maddə 38. Evtanaziyanın qadağan olunması

Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır. Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 39. İnsanın ölüm anının müəyyən edilməsi

İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 40. Transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsi

Tibbi göstərişlər əsasında transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsinə icazə verilir. Transplantasiya məqsədi ilə insanı, onun orqan və toxumalarının götürülməsinə məcbur etmək qadağandır. İnsanın orqan və toxumaları alqı-satqı obyekti ola bilməz və onların alqı-satqısında iştirak edən şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 41. Patoloji-anatomik yarma Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəm&

25 noyabr 2011
GO BACK