İxlas surəsini oxumaq, Qurani Kərimin üçdə birini oxumağa bərabərdir.
On dəfə İxlas surəsini oxuyana Cənnətdə bir köşk verilər.
Yatarkən yüz dəfə İxlas surəsi oxuyan Cənnətə girər.
Səhər namazından sonra 11 dəfə İxlas surəsi oxuyana, Cənnətdə bir köşk verilər.
Səhər namazından sonra 12 dəfə İxlas surəsi oxuyan, Qurani Kərimi dörd dəfə xətm etmiş kimi savaba qovuşar.
Səhər axşam üç dəfə İxlas və Fələq, Nas surələrini oxumaq, insanı bəla və çətinliklərdən qoruyar.
Evinə girərkən İxlas surəsini oxuyan yoxsulluq görməz.
İxlas surəsini oxuyan Müsəlmana Cənnət vacib olar.
Bir kimsə, səfərə çıxarkən 11 dəfə İxlas surəsi oxusa, Allahu təala, səfərdən dönənə qədər onun evini mühafizə edər.
Ərəfə günü, [Bismillahla] min dəfə İxlas surəsini oxuyanın bütün günahları bağışlanar və hər duası qəbul olar.
Min dəfə Ixlas surəsi oxuyan özünü Allahu təaladan satın almış olar.
Cümə namazından sonra, yeddi dəfə İxlas və Fələq, Nas oxuyan, bir həftə qəzadan, bəladan və pis işlərdən qorunar.
Yatarkən Fatihə və İxlas oxuyan kimsə, ölümdən başqa hər şeyin zərərindən əmin olar.
Üç şey özündə olan, Cənnətə dilədiyi qapıdan girər: Qul haqqını ödəyən, hər namazdan sonra 11 dəfə Ixlas surəsini oxuyan, qatilini bağışlayaraq ölən.
Cana, mala, ismətə toxunmayıb, içkidən də çəkinərək, İxlas surəsini yüz dəfə oxuyan müsəlmanın əlli illik günahı bağışlanar.
50 dəfə İxlas surəsini oxuyan müsəlmanın 50 illik günahı bağışlanar.
Yatarkən Fatihə və İxlas oxuyan, ölüm xaric hər şeydən əmin olar.
Cümə namazından sonra yeddi dəfə İxlas, Fələq və Nas surələrini oxuyanı, Allah bir sonrakı cüməyə qədər pisliklərdən qoruyar.
Rəsulullah əfəndimiz, bir yeri ağrıdığında İxlas, Fələq və Nas surələrini oxuyaraq, üzərinə üfləyər və ağrıyan yeri sığal edərdi.