Qadin.NET / Məhrəm şəxslər kimlərdir?

Məhrəm şəxslər kimlərdir?

Məhrəm şəxslər kimlərdir?

Məhrəm şəxslər kimlərdir?

Məhrəmlik üç yolla hasil olur. Nəsəb, süd vermək və evlilik yolu ilə.

Nəsəb yolu ilə insana məhrəm olan kəslər aşağıdakılardır:

1. Ata və ana, habelə hər nə qədər yuxarı getsə. Məsələn, baba və nənə.

2. Övladlar və hər nə qədər aşağı getsə. Məsələn, nəvə və nəticə.

3. Bacı və qardaş, habelə hər nə qədər aşağı getsə. Məsələn, bacı övladları və qardaş övladları.

4. Əmi və bibi, habelə hə nə qədər yuxarı getsə. Məsələn, ata və ananın əmi və bibisi.

5. Dayı və xala, habelə hər nə qədər yuxarı getsə. Məsələn, ata və ananın dayı və xalası.

Süd vermə yolu ilə insana məhrəm olan kəslər

Nəsəb yolu ilə məhrəm olan kəslər kimidirlər. Məsələn, süd verən qadının özü; süd atası deyilən, südə səbəbkar olan əri; süd anasının ata-anası və hər nə qədər yuxarı getsə (süd ana-atası olsa belə); süd anasının övladları; süd anasının nəvələri və hər nə qədər aşağı getsə; süd anasının bacı-qardaşı (süd bacı-qardaşı olsa belə); süd anasının əmi və bibisi (süd yeməklə əmi və bibi olsa da); o qadının dayı və xalası (süd vasitəsilə dayı və xala olsa da); süd anasının ərinin övladları və hər nə qədər aşağı getsə (hətta süd övladı olsa belə); o kişinin ata-anası və hər nə qədər yuxarı getsə; südə bais olan ərin bacı-qardaşı (süd bacı-qardaşı olsa belə); həmin kişinin əmisi, bibisi, xalası, dayısı (süd əmməklə olsalar belə). Süd verməklə məhrəm olan başqa kəslər də mövcuddur ki, onlar haqqında risalələrdə oxuya bilərsiniz.

Məhrəm şəxslər kimlərdir?

Evlilik (izdivac) yolu ilə məhrəm olan kəslər aşağıdakılardır:

1. Qadının anası və hər nə qədər yuxarı getsə (məsələn, qadının nənəsi);

2. Qadının qızı və hər nə qədər aşağı getsə (məsələn, qadının nəvəsi);

3. (Ögey) atanın arvadı və hər nə qədər yuxarı getsə;

4. Oğulun arvadı, yəni gəlin və hər nə qədər aşağı getsə (məsələn, nəvənin və nəticənin arvadı).

 

Fərid Abdullah.

3 iyul 2019
GO BACK