Qadin.NET / Gecə namazının hökmləri

Gecə namazının hökmləri

 

1. Gecə namazının vaxtı gecə yarısından fəcrin doğuşuna qədərdir. Ən üstünü budur ki, gecənin üçdə birində və fəcrin doğuşuna yaxın qılınsın.

2. Gecə namazının yüksək səslə (yəni adi danışıq səsilə) qılınması müstəhəbdir. Əlbəttə, insan riayət etməlidir ki, onun səsi başqalarını narahat etməsin. Lakin səsindən kimsə yuxudan durub, namaz qılacaqsa, heç bir problemi yoxdur. Həm də diqqət etmək lazımdır ki, insan yüksək səslə namaz qılarkən, niyyəti özünü kiməsə göstərmək və riyakarlıq olmasın.

Gecə namazının hökmləri

3. Daha üstün budur ki, gecə namazı ayaq üstə qılınsın. Amma bunu etmək məşəqqətli olarsa, yaxud ayaq üstə namaz qılmaq iqtidarında olmasa, oturaq halda qıla bilər. Hətta gecə namazını yol gedərkən, maşının içində və sair hallarda da qılmaq olar.

4. Əgər bir nəfər yuxudan ayılıb, təkcə “Şəf`” və “Vətr” namazı üçün vaxt qaldığını görsə, 11 rəkəti qılmağa başlaya bilməz. Amma 11 rəkətdən 4 rəkət qılsa, sonra fəcrin doğuşu olduğunu anlasa, namazın qalanını fəcrin doğuşundan sonra davam edə bilər. Ardınca da sübh namazının nafiləsini və özünü qılar.

 

5. “Şəf`” namazının qunutu yoxdur. Əgər kimsə bu namazda qunut tutmaq istəsə, savab və rəca (ümid)qəsdilə qunut tutmalıdır.

6. Səfərdə olan, yaxud gecə yarısı gecə namazı üçün durmağa çətinlik çəkən kəsən bu namazı gecənin əvvəli də qıla bilər.

7. Fəcri-sadiqin (həqiqi sübhün) doğuşu gecə namazı qıla bilməyən kəs sübh namazından günəşin doğduğu vaxtadək onun qəzasını qıla bilər.

8. Bütün müstəhəb namazlar iki rəkət qılınır. Bircə “Vətr” namazıdır ki, bir rəkətdir.

9. Gecənin yarısını təyin etmək üçün (gecə namazının başlanğıc vaxtıdır) günuş batdıqdan, yaxud məğrib azanından sübh azanınadək olan vaxtı cəm etməli və onu iki yerə bölməliyik. Nəticədə gecə namazının şəri vaxtı təyin olunmuş olur.

Gecə namazının hökmləri

10. Gecə namazını xülasə şəklində, müxtəsər halda da qılmaq olar; məsələn, iki rəkət “Şəf`” və bir rəkət “Vətr” niyyətilə. Yaxud təkcə bir rəkətli “Vətr” namazını da qılmaq kifayət edər.

11. On bir rəkətin hamısını bir oturmaya qılmamaq da olar.

12. Vacib namazlardan ötəri insanın məscidə getməsi daha yaxşıdır. Ancaq nafilə namazları üçün belə bir göstəriş yoxdur.

13. “Vətr” namazı bir rəkətdir. Bu namazın qunutunda üç dəfə təsbih demək də bəs edir.

14. “Şəf`” və “Vətr” namazında “Fatihə” surəsindən sonra “İxlas” surəsinin oxunması üstündür. Belə ki, bir Quranın xətminin savabına malikdir.

15. Gecə namazı ümumi şəkildə on bir rəkətdir. Onun on rəkəti – hər iki rəkəti bir salamla, bir rəkət isə bir salamla qılınır. Yəni bu şəkildə qılınır: 2+2+2+2+2+1=11.

16. On bir rəkətdən səkki rəkətini “gecə namazı (yaxud nafiləsi), digər iki rəkətini “Şəf`” niyyətilə qılınmalıdır. Digər bir rəkət isə “Vətr” niyyətilə qılınır.

17. Bir rəkət olan “Vətr” namazını qunutsuz da qılmaq olar.

18. “Şəf`” namazını qılıb qutardıqdan sonra “İlahi, tə`ərrada fi hazəl-leyli əl-mutə`ərridun” duasını oxumaq müstəhəbdir. Bu dua “Məfatihul-Cinan” kitabında “Nimeyi-Şabanın əməlləri” arasında mövcuddur.

Gecə namazının hökmləri

19. Müstəhəbdir ki, insan qunutda Allah xofundan ağlasın. Əgər ağlaya bilməsə halını bu cür etsin.

20. Müstəhəb namazda birinci və ikinci rəkət arasında şəkk namazı batil etmir. Namazqılan öz qərarını hər hansı birinə qoya bilər.

21. Müstəhəb namazda az, yaxud çox səhv etməyin səhv səcdəsi yoxdur.

22. Böyük surələri birinci, qısa surələri isə ikinci rəkətdə oxumaq müstəhəbdir. “Şəf`” və “Vətr” namazında “Fələq”, “Nas” və “İxlas” surələrini oxumaq bəyəniləndir. Bütün rəkətlərdə “Fatihə” surəsindən sonra təkcə “İxlas” surəsini də oxuya bilər.

 

Hazırladı: Fərid Abdullah

10 iyun 2019
GO BACK